İslam Məmmədov Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır

İslam Məmmədov Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır

Dr. İslam Məmmədov “Hippokrat andı”na sadiq qalan və bu gün Azərbaycan səhiyyəsinin inkişafında dərin iz buraxan həkimlərimizdən biri hesab olunur. Bugünə kimi onun şəfalı əllərindən məlhəm alan hər kəs, həm ona hörmət-izzət bəsləyir, həm də dərin etiramlarını bildirirlər. Bəli, belə bir yanaşmanın varlığı hər bir həkimin xəstələrə göstərdiyi qayğıdan, xəstənin ümumi vəziyyətini lazımınca qiymətləndirməyi bacarmasından, düzgün qərar qəbul edə bilməsindən çox asılıdır. Açıq-aşkar şəkildə qeyd edə bilərik ki, bu gün İslam Məmmədov Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş etməklə bərabər, həm şərəfli həkim adını uca tutur, həm də hər kəsin səhiyyəmizə olan inamının artmasında mühüm rol oynayır.

Ümumiyyətlə, İslam həkimin zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması, hər kəsə qarşı xoş, səmimi, yüksək insani münasibət bəsləməsi və s. kimi halların varlığı, həkim nüfuzunu artıran əsas amillərdir. Bu şəxsin səmimiyyətini hiss edən hər kəs, hətta o, böyük Allah-Təalaya dua edir ki, şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə İslam Məmmədov adlı həkimimiz var. Çünki o, bu günədək nəinki Bakı şəhər sakinlərinə, hətta ətraf şəhər və rayonlardan, digər bölgələrdən hüzuruna üz tutan hər kəsə şəfa vermiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Belə bir səbəblər üzündən də, bu gün Azərbaycan səhiyyəsində çalışan İslam Məmmədovun adı çəkilərkən, hər kəs ona hörmətlə, ehtiramla yanaşır, hüsnü-rəğbət bəslədiklərini də ifadə edirlər.
Bakı şəhərinin bir qrup sakinləri həkim İslam Məmmədova təşəkkür edib Pressdent.az Xəbər Portalına göndərdikləri məktubda İslam həkimin bacarıqlı həkim olmasından söz açılır, onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. Onlarla insana sağlam həyat bağışlanılmasına səbəb olan Islam həkim. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, sağlam ömür bəxş edilməsinə səbəb olan İslam həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.
Redaksiyamıza Daha bir təşəkkür məktubu Əliyevlər ailəsindən ünvanlandı:
Səhhətimdə yaranan problemlə bağlı islam Məmmədova əməliyyat olunmaq üçün müraciət etdim. Ödümdə olan kəskin ağrılar məni çox narahat edirdi. Həkimim də Həkim-onkoloq, ümumi cərrah Dr. İslam Məmmədov oldu. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir vəziyyət yoxdur, müalicə edəcəyik, xəstəlikdən qurtulacaqsan. Artıq müalicə öz bəhrəsini verir”. Mən həyata yenidən ümidimi bağladım. Hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm.
Hörmətli İslam həkim! Ölkəmizin sizin kimi profesional həkimlərə ehtiyacı var. Mənim kimi yüzlərlə, bəlkə də yüzlərlə müxtəlif xəstəliklərdən əziyyət çəkənlər var. Siz onları şəfalı əllərinizlə həyata qaytarırsınız. Mənim kimi xəstələrin ölkədən kənara müalicəyə getməmələrinə məhz sizin kimi həkimlər səbəb olur. Sağ olun ki, varsınız. O qızıl əlləriniz heç vaxt dərd görməsin. Allah uğurlarınızı, nailiyyətlərinizi davamlı etsin. Sizin kimi həkimlərə səhiyyəmizin ehtiyacı çoxdur. Həyatda heç bir şey səbəbsiz baş vermir, Tanrıya verdiyi dərd üçün də, şəfa üçün də təşəkkür edirəm, sayəsində belə bir alimi, ziyalını tanıtdırdı mənə! Üzümü ona tutub Ulu Tanrıdan cansağlığı arzulayır, xəstələri üçün həmişə inam, ümid və etibar yeri olmasını diləyirəm.

Ölkəmizin gün-gündən inkişaf etməsini, vətənə və xalqa xidmət göstərən, şəfalı əllərin sahibi olan həkimlərini gördükdə fəxr etməyə bilmirsən. Mən bu möcüzənin şahidi olduğum üçün məsləhət görərdim ki, başqa ölkələrə gedib həkim axtarmağa ehtiyac yoxdur. Çünki, hər bir sahə üzrə ölkəmizin tibb ocaqlarında yetərincə savadlı, bacarıqlı, təcrübəli həkimlərimiz vardır. Həm də hal-hazırda bilirik ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinə də cənab Prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilməkdədir.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət