Gözəl təbəssüm üçün Şamil həkim, sizə minnətdaram!

 Gözəl təbəssüm üçün Şamil həkim, sizə minnətdaram!


Hər bir insan haqqında söz demək, söhbət açmaq, əlinə qələm alıb kiminsə haqqında nəsə yazmaq istəyənlər özündə məsuliyyət hiss etməlidir. Öz ömrünü xalqına həsr edən,insanların sağlam həyat sürməsi naminə öz əməyini əsirgəməyən şəfalı əllərə sahib olan həkim haqqında yazı hazırlamaq ikiqat məsuliyyətdir. Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Şamil həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Şamil həkim. Haqqında söz açdığımız hörmətli şəxsiyyət Dr. Şamil Rzayev ixtisasca həkim – stomatoloqdur və onun təqdirəlayiq xidmətləri qarşısında xalq arasında bu həkim –Qızıl Əllər-adı qazanmışdır. Çünki, ona müraciət edən xəstələr deyir: - Hələ Şamil həkim müalicəyə başlamamış insan sanki ağrılarını unudur.
Redaksiyamıza daxi olan məktubların birində Şamil həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.
Hörmətli həkim. Mən uzun müddət idi ki, dişimdə olan ağrılardan gecələr yata bilmirdim. Çox həkimlərə müraciət etmişdim, ancaq istədiyim nəticə alınmırdı. Sonda Dental Arts Studio-nun həkim – stomatoloqu Dr. Şamil Rzayevə müraciət etdim. Həkim mənə – itirilmiş dişlərin yerini bərpa etmək üçün yerə bərpa ediləcək dişin kökünü əvəz edən süni diş kökü- yəni İmplant dişlər haqqında məlumat verdi. Özəlliyini də onunla izah etdi ki, implantasiya əməliyyatı zamanı digər konstruksiyalarda olan digər dişlərin zədələnməsi kimi çətinliklər yaranmır və yalnız diş əksikliyi olan nahiyədə əməliyyat keçirilərək diş əkilir. Digər özəlliklərindən biri də budur ki, implantlar stomatalogiyanın digər sahələrində də istifadə olunur. Həkimin bu məsləhətindən bəhrələndim.
Mənim üçün böyük şərəf olardı ki, mənim təşəkkürümü Şamil həkimə bildirəsiniz.
Hörmətlə; Arzu xanım
Dr. Şamil Rzayev gözəl insan,profeesional həkim! Sizə öz ailəmizin adından dərin təşəkkürümüzü bildirmək istəyirəm! Sizin mükkəmməl işləriniz sayənizdə bizlərə gözəl təbbəsüm bəxş etdiniz. Təşəkkür edirəm doktor, əlləriniz var olsun!
Hörmətlə; Fariz İsayev
Hörmətli redaksiya! Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Şamil həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir.Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.Ömrüm boyu ona minnətdaram.
Hörmətlə; Samir müəllim
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Şamil Rzayevə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət