Ruslan həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar

Ruslan  həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar


Azərbaycanda əhalinin sağlamlığının keşiyində vicdanla, şərəflə dayanan, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Belə həkimlərdən biri də Ankara Klinikasının həkim-cərrahı, Cərrahiyyə Şöbəsinin müdiri Dr. Ruslan Ağayevdir.
Pasientlər məmnun halda redaksiyamıza, Ruslan həkimin fəaliyyəti haqqında minnətdarlıq dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
Bu məktubu çapa hazırlayarkən düşündüm ki, Sahib Musayevin minnətdarlıqla xatırlalıdığı Ruslan həkimi mən də görsəm pis olmaz.
Ruslan Ağayevlə çox qısa zaman kəsiyində görüşdük. Ankara Klinikasının Cərrahiyyə Şöbəsinin müdiri həkim-cərrah Ruslan Ağayevin otağının qarşısında dayanan xəstələrin üzündəki təbəssümdən hiss olunurdu ki, Sahib Musayev yanılmayıb.
Görüşdük. Ruslan həkimdə görüb-müşahidə etdiyim keyfiyyətlər Sahib Musayevin sadaladıqlarından qat-qat çox idi. Məmnunuq ona görə ki, vətəndaşlarımızn sağlam ruhlu olması üçün əlindən gələni əsirgəməyən praktik – bilikləri ilə çalışaraq bir mütəxəssis kimi büxtələşən Ruslan həkim kimi həkim – cərrahlarımız var.

Bu günlərdə bacım Leyla Nəsirova qəflətən xəstələndi və ödündə olan şiddətli ağrılar ona dinclik vermədi. Həkimə müraciət etməli olduq. Ankara Klinikasının həkim-cərrahı Ruslan Ağayev xəstəmizi müayinə edəndən sonra bildirdi ki, təcili əməliyyat olmasa başqa fəsadlar verə bilər.
Maraqlıdır ki, Ruslan həkim “təcili əməliyyat olunmalıdır” desə də, xəstə üzərində müşahidələr apardı, əməliyyat öncəsi bütün anamnezləri diqqətlə nəzərdən keçirdi və sonda xəstəmiz əməliyyat olundu.

Təqdim etdiyimiz digər məqalə həkim – cərrah Ruslan Ağayevin böyük səyi və zəhməti ilə həyata qayıdan yüzlərlə xəstələrdən biri olan ixtisasca müəllim olan Ramiz Əhmədovun redaksiyamıza ünvanladığı məktub əsasında tərtib olunmuşdur. Ramiz müəllim deyir, ki: Ruslan həkimi təkcə Bakıda yox respublikamızda və ondan kənarlarda da çox savadlı, bacarıqlı cərrah-həkim kimi tanıyırlar. Məhz buna görə Ruslan Ağayevə müraciət edən xəstələrin sayı həddindən artıq çoxdur. Mənim həyat yoldaşımın vəziyyəti çox ağır olduğuna görə Ankara Klinikasının həkim – cərrahı Ruslan Ağayevə müraciət etdik. O, həyat yoldaşımı əməliyyat etdi və biz orada olduğumuz müddətdə şöbənin işçiləri əllərindən gələni etdilər ki, müalicə yüksək səviyyədə getsin. Ona görə də belə qərara gəldim ki, Ruslan həkim başda olmaqla bütün klinikanın kollektivinə öz təşəkkürümüzü Pressdent.az vasitəsi ilə bildirim. Bu, təkcə bizim yox, Ruslan həkimin əlindən şafa tapan yüzlərlə xəstələrin arzusudur. Mənim və övladlarımın hədsiz həyəcanlandığımızı görən Ruslan həkim bildirdi ki, narahat olmağa heç bir səbəb yoxdur. Xəstəniz sağalacaq. Arzumuz budur ki, təki Azərbaycandakı bütün xəstəxanalarda Ankara Klinikasında olan diqqət, mehribançılıq, hər işçinin öz işinə peşəkarcasına yanaşması kimi olsun. Onda həqiqətən də xəstələrimiz rufah hallarının ağır olduğu bu vəziyyətdə borc-xərclə müalicə olunmaq üçün daha xarici ölkələrə getməz və onlar öz müalicələrini də məhz ölkəmizdə davam etdirər, tam sağalarlar.
Hörmətli redaksiya! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Sizdən xahiş edirəm ki, Ruslan Ağayev kimi həkimin də zəhmətini qiymətləndirəsiniz. Ruslan həkimə həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində artıq həyat yoldaşım sağlamlığını bərpa edib.
Biz də xalqımız adından Səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərlə əhalinin sağlamlığı keşiyində fədakarlıqla dayanaraq,əzmlə çalışan böyük ehtiram sahibi həkim –Ruslan Ağayevə Təşəkkürümüzü bildirərək; Həyatınız səadət, fəaliyyətiniz uğurlarla rövnəqlənsin deyirik.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət