İnsanların sağlamlığı etibarlı əllərdədir

İnsanların sağlamlığı etibarlı əllərdədir


Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət
səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Günəş Dental Klinikasının həkim –stomatoloqu Dr.Cavid Əliyevdən gedir. Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Cavid Əliyevin fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Bəli, işinin peşəkarı, gənc olmasına baxmayaraq, Azərbaycanın peşəkar həkim-stomatoloqu və təbii ki, mənim gözəl təbəssümümün qarantı hər zaman pozitiv, gülərüz doktorum Cavid Əliyev. Sizə ailəmiz adından dərin təşəkkürümüzü bildirir, şəfalı əlləriniz var olsun deyirik.
Bu sətirlər Bakı şəhər sakini Samirə xanımın Pressdent.az Xəbər portalına ünvanlandığı məktubdandır. Məktubda həkimin yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazandığı qeyd olunur. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir stomatoloq kimi ona olan inam və ehtiramı daha da artırır.
Hörmətli redaksiya! Mən neçə aylar idi ki, diş ağrılarından çox əziyyət çəkirdim. Cavid həkim dişlərimi müayinə etdi və təcili çəkilməlidi söylədi. Dişlərimi çəkdi və düzəltdiyi gözəl protez anadangəlmə dişlərimdən fərqlənmir. Həkimin sadəliyi, qayğıkeşliyi bütün insanlara olan xoş münasibəti bizi çox sevindirir.O, insanların sosial durumundan asılı olmayaraq hamıya eyni münasibət bəsləyir və hamıya eyni qayğıkeşliyi göstərir. İnsanlardan öz xeyirxahlığını əsirgəmir.Ömrüm boyu ona minnətdaram.
Hörmətlə; Sirac müəllim
Öz peşəsinin ustadı olan Cavid Əliyev müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – stomatoloq sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Cavid Əliyevin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Cavid həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.



Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət