GÜNEL QƏMBƏROVAYA HEÇ KƏS MƏNIM QƏDƏR ONA MINNƏTDAR OLA BILMƏZ!

GÜNEL QƏMBƏROVAYA HEÇ KƏS MƏNIM QƏDƏR ONA MINNƏTDAR OLA BILMƏZ!


Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloqu, yüksək elmi biliklərə və praktik təcrübəyə malik Dr. Günel Qəmbərovadan gedir.

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır.
Dr. Günel Qəmbərovanın kabinetinin qarşısında xəstələr həddindən artıq çox olur. Çünki bu xəstələr təksə Bakıdan yox , Azərbaycanın hər bir bölgəsindən gələn xəstələrdir. Onların hamısı Günel həkimi deyib gəlirlər. Çünki bu insan öz işinin yüksək mütəxəsisi olmaqla, çox mehriban, diqqətcil həkimdir. Onun apardığı müayinənin dəqiq olduğu üçün ona müraciət edirlər.
Redaksiyamıza gələn məktublar arasında Bakı şəhərinin bir qrup sakini ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloqu Günel Qəmbərovaya təşəkkür edib, Pressdent.az.saytına göndərdikləri məktubda Günel həkimin bacarıqlı həkim olmasından söz açılır, dəqiq müayinəsi ilə yüzlərlə xəstədə onkoloji xəstəliklərin vaxtında aşkar etdiyinə görə ölümün pəncəsindən qurtardığını və onun qayğıkeşliyi üçün minnətdar olduqlarını bildirirlər. “İnsanlara təyin etdiyiniz dəqiq müayinə sağlam həyat bağışlanılmasına səbəb olan Günel həkm. Bu qayğılı dünyamızda ailələrə sevinc, sevgi, sağlam ömür bəxş edilməsinə səbəb olan Günel həkimə bütün ailələrin dilindən Allahdan sevinc, sevgi payı diləyirəm. Qoy həmişə sənəti, ailəsində xoşbəxt sevgisi, insanlarımızın ona bəslədiyi məhəbbəti ilə fəxr etsin. Qoy bu fəxr, bu qürur hissi daxilində və zahirində birləşən gözəlliyinə qovuşub, həmişə onu sevənləri salamlasın.
Bir qrup Bakı şəhəri sakinləri adından

ATU-nun Tədris Terapevtik Klinikasında xəstəliyi vaxtında aşkarlanan Səadətin valideyini olaraq bildirirəm ki, klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Səadətin yaxınları bu cür həkimlər qarşısında baş əyirik. Göydə ALLAH və yerdə Günel həkim olmaqla mənim qızıma dəqiq diaqnoz qoymaqla bizə də, yeni bir həyat bəxş etdi. Heç kəs mənim qədər ona minnətdar ola bilməz!
ATU-nun Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloqu Günel Qəmbərova! Çox savadlı, işinin peşəkarı və mükəmməl insan. Qızımın sağlamlığını ona borcluyuq. Allah qorusun sizi, Dr. Günel Qəmbərova. Günel həkimə göstərdiyi qayğıya və işinə peşəkarcasına yanaşdığı üçün təşəkkür edirəm. Təkcə xəstəni sağaldıb xəstəliyin qarşısını almağı düşünmür, həmçinin xəstəni maarifləndirməyi, gələcəkdə bu gür problemlərlə üzləşməməsi üçün lazımi profilaktik tədbirlərin görülməsi haqqında ətraflı məlumatlar verir.

Sizin dəqiq müayinəniz nəticəsindəhəyatda yaşayan qızım Sədətin anası Südabə xanım
Ömür insan üçün o zaman dəyərli olur ki, insanlara xidmət etsin, cəmiyyətdə özünə hörmət qazansın.Ən əsası isə əməlləri ilə Allah dərgahında əziz olsun. Günel Qəmbərova üçün ən böyük mükafat, dəqiq müayinə edib, sağlam həyata qaytardığı insanların sevgisi,məhəbbətidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Günel həkimə deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət