Cavid Əhmədov- Şərəfli səhiyyə işçisi

Cavid Əhmədov- Şərəfli səhiyyə işçisi


Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm.
Şərəfli həkim peşəsinə yiyələnən Cavid Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır.
Pressdent.az-ın ünvanına gələn məktubların içərisində bir gəncin həkimindən məmnunluğunu bildirməsi üçün hazırladığı bu yazının yayımlanmasını istəməsi diqqətimizi çəkdi və yazını olduğu kimi sizlərə təqdim edirik. Bizdə düşünürük ki Azərbaycanda Tibb yüksək səviyyədə inkişaf edir və dəyərli və savadlı mütəxəssislər günü gündən çoxalır.
Cavid həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı dəqiq diaqnoz böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Cavid həkim olduqca yüksək təcrübəyə malikdir. Cavid Əhmədovun həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də diaqnozun dəqiqliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.
Daha bir təşəkkür məktubunda:
Anam aylardı beyin damarların tıxanmasından əziyyət çəkirdi. Neçə həkimin qəbulunda olmuşdu amma, vəziyyəti günü-gündən pisləşirdi. İki ay öncə Uzm.Dr. Cavid Əhmədovun qəbulunda olduq. Cavid həkim bizə beyin damarların cərrahiyyəsiz və ağrısız tam açılması artıq mümkünlüyünü vurğuladı. Cavid həkim tərəfindən minimal müdaxilə ilə icra edilən prosedurlar sayəsində anam normal həyatınına ən qısa zamanda qovuşdu. Ailəlikcə sizə minnətdarıq doktor. Belə çətin işin öhdəsindən dəqiq diaqnoz və əməliyyatsız gəldiyiniz üçün təşəkkür edirik sizə. Kaş sizin kimi işini bilən, düzgün müalicələr aparan həkimlərimiz çox olardı. İşlərinizdə uğurlar arzulayırıq. Hər zaman bu gür öndə olun.
Redaksiyamıza daxil olan məktubları oxuduqca gələn telefon zənglərindən eşitdiyimiz minnətdarlıqları dinlədikcə qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər. Məmnunuq ona görə ki, vətəndaşlarımızn sağlam ruhlu olması üçün əlindən gələni əsirgəməyən praktik – bilikləri ilə çalışaraq bir mütəxəssis kimi büxtələşən Cavid həkim kimi invaziv radioloqlarımız var.
Əziz və hörmətli invaziv-radioloq Cavid Əhmədov!
Sizin elmi biliklərinizin,təcrübənizin bar bəhəri həyata sağlam formada qaytardığınız insanlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq redaksiyamız adından.

Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət