İnsanların sağlamlığı etibarlı əllərdədir

İnsanların sağlamlığı etibarlı əllərdədir


Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının Tibb üzrə fəlsəfə doktoru, üz-çənə cərrahı Dr.Elmar Əliyevdən gedir. Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Elmar Əliyevin fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Bəli, işinin peşəkarı, gənc olmasına baxmayaraq, Azərbaycanın peşəkar üz-çənə cərrahı və təbii ki, mənim gözəl sağlamlığımın qarantı hər zaman pozitiv, gülərüz doktorum Elmar Əliyev. Ailəmizə sevinc bəxş edən məni ölüm yatağından həyata qaytaran göydə allah, yerdə Elmar həkimə ailəmiz adından dərin təşəkkürümüzü bildirir, şəfalı əlləriniz var olsun deyirik.
Bu sətirlər Bakı şəhər sakini Ellada xanımın Pressdent.az Xəbər portalına ünvanlandığı məktubdandır. Məktubda həkimin yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazandığı qeyd olunur. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır.
Öz peşəsinin ustadı olan Elmar Əliyev müqəddəs həkimlik adını daima uca tuturaq, deyir: - Biz yaddaşımızda həkk etməliyik ki Hipokrat andı içmiş həkimlərik və daima bu anda sadiq olmalıyıq. Bəli, nüfuz sahibi olan ziyalı, peşəkar həkim, təqdirəlayiq – şərəfli xidmətləri ilə əhalinin hörmətini qazanan həkim – üz-çənə cərrahı sözün əsl mənasında ən yüksək təltifə ən yüksək təltifə layiqdir və bu təltifi artıq o, əldə etmişdir. O təltif həkim Elmar Əliyevin xalq tərəfindən əldə etdiyi ehtiram və inamdır.
Sözün əsl mənasında hippokrat andına sadiq həkim Elmar həkimə bütün ziyalı təbəqə, Media nümayəndələri vəxalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan.


Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət