Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Hafiz Qəhrəmanov həyatda millətini sağlam görmək istəyi ilə yaşayır

Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru  Hafiz Qəhrəmanov  həyatda millətini sağlam görmək  istəyi ilə yaşayır


Həkim!.. Bu müqəddəs peşə sahibləri xeyirxahlıq üçün yaranır, öz xoşbəxtliklərini də xeyirxah əməllərinə görə tapırlar. Həkim el arasında yüksək keyfiyyətlərinə görə tez tanınır, sevilir, seçilir. Ancaq onu fərqləndirən əsas keyfiyyət zəngin mənəviyyatdır.
Həkim – oftalmoloq Hafiz Qəhrəmanovun nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Hafiz həkimin məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir.

Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Hafiz Qəhrəmanov həyatda millətini sağlam görmək istəyi ilə yaşayır və əhalinin sağlam gələcəyi naminə böyük səylə çalışır.
Şəxsən mən oxuculara təqdim etdiyim bu elmi publisistik yazı ilə digər məqsəd daşımadan aşağı qeyd edəciyim şərhi bu məqaləyə əlavə etməyi özümə borc bilirəm. Çünki bu bizim bir jurnalist olaraq vəzifə öhdəliyimizdir: Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasiyentlər Hafiz Qəhrəmanovun fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu şöbədə əməliyyatımı həyata keçirən həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda Pressdent.az Xəbər portalına müraciət etməyi qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. Qeyd edək ki, övladımızın gözü olduqca zəif görürdü. Biz uşağı Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasına gətirdik. Hafiz həkimin etdiyi Eksimer lazer əməliyyatı cəmi 45 saniyəyə oğlumun tam görməsini təmin etdi.
Biz xüsusilə Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının həkim - oftalmoloqu Dr.Hafiz Qəhrəmanova və bütün tibbi personala bizə oğlumuzu sağ-salamat verdikləri üçün təşəkkür edirik.
Ölkəmizin gün-gündən inkişaf etməsini, vətənə və xalqa xidmət göstərən, şəfalı əllərin sahibi olan həkimlərini gördükdə fəxr etməyə bilmirsən. Mən bu möcüzənin şahidi olduğum üçün məsləhət görərdim ki, başqa ölkələrə gedib həkim axtarmağa ehtiyac yoxdur. Çünki, hər bir sahə üzrə ölkəmizin tibb ocaqlarında yetərincə savadlı, bacarıqlı, təcrübəli həkimlərimiz vardır. Həm də hal-hazırda bilirik ki, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsinə də cənab Prezident tərəfindən xüsusi diqqət və qayğı göstərilməkdədir.
Tibb Universiteti Oftalmologiya kafedrasında gördüyüm qayğı və diqqəti bu gün də hiss etməkdəyəm. Mən kafedranın təcrübəli və peşəkar həkimi Hafiz Qəhrəmanova və digər adını bilmədiyim əməkdaşlara dərin münnətdarlığımı bildirirəm, belə həkim və tibb işçilərimizin olmağı ilə fəxr duyuram. Bu cür tibbi heyət xalqını sevən, ona qayğı göstərən əsl vətəndaşlıqdan əlavə, ən yüksək təltiflərə layıqdirlər. Hörmətli həkimimiz Hafiz Qəhrəmanova işlərində daim uğurlar arzulayıram.
Biz də redaksiya heyətimiz adından şərəfli bir həyat yolu seçmiş və ömrünün kamillik dövrünü yaşayan, gözəl həkimlik, insanlıq keyfiyyətlərini özündə birləşdirmiş alicənab insan, həkim – oftalmoloq Hafiz Qəhrəmanova Tanrının bəxş etdiyi ömrü sağlam və gümrah yaşamağı arzulayırıq.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət