Günel Məmmədova- söz açacağım nəcib insan məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş

Günel Məmmədova- söz açacağım nəcib insan  məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş


Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsil həkim allahın xeyir duasını almış mələkdir, xilaskardır. Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Günel Məmmədovadır.
Bu gün rayon sakinləri və hətta qonşu rayonlardan da onun yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir.
Günel həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır. Onun tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Şəki Mərkəzi rayon Xəstəxnasına getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Xəstəxanada yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir. Həkim – radioloq Günel xanımın nailiyyətlərində onun yüksək mənəvi dəyərlərə malik əsil bir insan olmasının rolu əvəzsizdir. Çünki xəstəyə müalicədən öncə şəfa verən, ona həyatda nikbinlik bəxş edən həkimin ümidverici münasibətidir. Zəngin mənəviyyatlı həkim Günel Məmmədovanın məhz bu təqdirəlayiq xüsusiyyəti ona müraciət edən xəstələrə şəfaət bəxş edir. Hətta uzun illər aldığı müalicənin müsbət nəticə vermədiyinin şahidi olan xəstələr belə, bu peşəkar həkimin təyin etdiyi dəqiq diaqnoz ilə müalicəyə davam etdikcə vəziyyətin nisbətən yaxşılığından məmnun halda redaksiyamıza minnətdarlıq, dolu məktublar göndərir və qəzetlərdə, saytlarda oxuculara izləyicilərə çatdırılmasını xahiş edirlər.
Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq.
Qax rayonunda yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Sevil bacımız daxili orqanların ultrasəs müayinəsini etdirmək istəyir və bildirdi ki, imkansızlıqdan bunu etdirə bilmir. Bir ananın ən böyük arzusu övladının sağlam olmasıdır, gecə ağrılırdan yata bilmir ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Sevil bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim və dəyərli insan Günel Məmmədovaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi. Ailənin maddi imkanlarının heç olmadığını deyəndə lazım olsa bəzi xərcləri mən öz cibimdən ödəyərəm. Həm həkim kimi dəqiq müayinə etdi, həm də dərmanların pulunu özü ödədi. Günel Məmmədova sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Sevil xanım artıq sağlamlığına qovuşub və çox xoşbəxtdir.
Biz də Pressdent.az xəbər portalı adından Günel xanım Məmmədovaya uğurlu fəaliyyətində daha böyük fəaliyyətlər arzulayaraq deyirik:- İnsanlara bəxş etdiyiniz sevinc nur olub yollarınıza ziya saçsın. İşdə uğurlar, həyatda səadət nəsibiniz olsun . Amin.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət