Məbədi ziyarət edənlər göstərilən xidmətdən, qoruq əməkdaşlarının xoş münasibətindən ağızdolusu danışırlar.

  Məbədi ziyarət edənlər göstərilən xidmətdən, qoruq əməkdaşlarının xoş münasibətindən ağızdolusu danışırlar.


Qədim Şəki bənzərsiz gözəlliyi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi ilə ilin bütün fəsillərində yerli və xarici turistləri özünə cəlb edir. Yay aylarında, xüsusilə bayram günlərində Şəkiyə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Son günlər bu qədim şəhərin qonaqlarının sayı nəzərəçarpacaq dərəcədə artıb.
Kiş Tarixi-Memarlıq Qoruğu Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Kiş kəndi ərazisində yerləşir. Kiş Tarixi-Memarlıq Qoruğu 215 ha ərazini əhatə edir. Ərazidə rəsmi dövlət qeydiyyatına alınmış 6 tarix-mədəniyyət abidələri mövcuddur və hər biri dövlət tərəfindənqorunur.
Kiş kəndini daha da məşhurlaşdıran tarixi qaynaqların məlumatlarına əsasən I-II əsrlərdə Albaniya maarifçisi apostol Yelisey tərəfindən bütpərəstlik məbədinin yerində təməli qoyulmuş kilsə olmuşdur. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilkgümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü də qoyulub. Kiş alban məbədi Azərbaycan 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.
Turistlərin diqqətini qədim məbədlə yanaşı, Kiş kəndinin əsrarəngiz təbiət gözəllikləri də özünə cəlb edir. Kiş Tarixi-Memarlıq Qoruğuna Ilhamə xanım rəhbərlik edir. Məbədi ziyarət edənlər göstərilən xidmətdən, qoruq əməkdaşlarının xoş münasibətindən ağızdolusu danışırlar. Məbədlə tanışlıqdan sonra qonaqlar Şəki şirniyyatları ilə bəzədilən çay süfrəsinə dəvət olunur, mənalı istirahət edirlər. Onlara məbəd haqqında bukletlər də hədiyyə olunur.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət