Nazlı Bağırova -Gözəllik nuru

Nazlı Bağırova -Gözəllik nuru



Əziz və hörmətli oxuculara öz sənətini pərəstişkarı olan və Azərbaycanda xanımlar arasında Qızıl Əllər adı ilə tanınan permament ustası Nazlı xanım Bağırovanın təqdirəlayiq fəaliyyəti ilə bağlı kiçik bir yazı təqdim etməklə deyirik: Xalqımızın hər bir nümayəndəsi ixtisasından və tutduğu vəzifədən aslı olmayaraq sahib olduğu təcrübi biliklərdən, halal zəhmətindən dəyərli vaxtından səmərli istifadə etməklə çalışarsa, vətənimiz ucada xalqımız firavan olar. İndi isə tərifə və təbliğə ehtiyacı olmadan özü öz zəhməti və səyi ilə ucalan xanım Nazlı Bağırovanın xanımlara göstərdiyi yüksək səviyyəli xidmətlərindən bir zərrəsi haqda qeyd edək. Çünki, bu həqiqətən örnək yolu olan uğurlarıyla zirvəyə yetən bir azəri qadınının fədakarlıq nümunəsidir: Əvvəllər mədəniyyət və incəsənt sahəsində ali təhsilli ziyalı olaraq , çalışan Nazlı Bağırova hələ tələbəlik illərindən böyük maraq göstərdiyi ikinci ixtisasa sahib olduğu gündən yüksək mənəvi dəyərlərə mənsub bir insan və öz sənətini bütün incəlikləri ilə bilən, duyan və tətbiq edən ustad kimi tanınaraq, hörmət qazanmışdır. Əvvəl bir pasiyent minnətdarlığını bu yazıya qeyd etmək yerinə düşər; -Milli ensiklopediyada çalışan xanım Rəfiyeva; -hamiləlik dövründə kipriklərim töküldüyündən həm qəlbən sarsıntı keçirir, həmdə görkəmimə görə narahatlıq hiss edirdim. Nazlı xanım Bağırovanın səmərəli fəaliyyəti haqqında eşidib onun çalışdığı PERRİ STYLE beauty centerə gəldim.Məni gülərüzlə, hörmətlə qarşılayan Nazlı xanım Bağırova qısa zaman ərzində mənə gözəllik və ruhən rahatlıq bəxş etdi. Təbii tüklərdən kiprik laminasiyası prosedurunu uğurla həyata keçirən permament mikrobildinq ustası Nazlı Bağırovaya təşəkkürümü bildirirəm. Xanımların simasına nurlu bir gözəllik bəxş edən Nazlı xanım Bağırova:- - Kiprik laminasiyası, qaş laminasiyası, mikrobleding, qaşlara ten effekti, xalların qoyulması, dodaq konturu və s. prosedurları həyata keçirilməsi və uğurlu nəticələr əldə olunması Nazlı xanımın həyatına zövq verən fəaliyyətinin bar-bəhəridir.İlahi Pərvərdigarın tövsiyə etdiyi insanlarala münasibətdə haqqı tutmaq və halal zəhmətə sahib olduğumuz biliklərə arxalanaraq çalışmağımızdır.
Sorğu apararkən şahid olduğumuz bir məqamı oxucuların nəzərinə çatdırmaqla Nazlı xanım Bağırovaya işdə nailiyyətlərlə zəngin, zirvəyə doğru gedən yol və həyatda ailəsi əzizləri və kollektivi ilə bərabər xoşbəxtlik arzulayırıq. Sorğu zamanı Nazlı Bağırovanın zəhməti və səyi ilə bahar təravətli təbəssümlü çöhrəyə mənsub xanımlar hər biri belə söylədi:
-Biz peşəkar gözəllik ustası Nazlı xanım Bağırovaya ailəmiz adımdan və öz adımızdan daima minnətdarıq. Allah onu xoşbəxt, işini uğurlu etsin. Amin.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət