Kəmalə Mirzəyeva-Vətənə sədaqət, xalqa xidmət

Kəmalə Mirzəyeva-Vətənə sədaqət, xalqa xidmət


Müqəddəs həkim peşəsinin sərdarı, ölkəmizin nüfuzlu ziyalısı, şərəf lə ləyaqət sahibi, Səhiyyə sahəsində yüksəlişə nail olan parlaq simalardan olan ziyalı şəxsiyyət haqqındadır sözümüz:
Azərbaycanın həkim-cərrahı səhiyyənin inkişafı yollarına töhfələr bəxş etməklə xalqın sağlamlığı naminə uğurla çalışan ziyalıdır. Ən əsası əsil insan, yüksək mənəvi zənginliklərə mənsub olan həkim-cərrah Kəmalə Mirzəyevanın qazandığı ən böyük təltif xalqın ona olan məhəbbəti və rəhbərliyin diqqəti, etimadıdır.
Redaksiyamıza təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Kəmalə Mirzəyevaya edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Onlardan bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
Səhhətimdə yaranan problemlə bağlı 1 nömrəli Şəhər Klinik Xəstəxanasına əməliyyat olunmaq üçün üçün müraciət etdim. Ödümdə olan kəskin ağrılar məni çox narahat edirdi. Həkimim də həkim-cərrah Kəmalə Mirzəyeva oldu. Məni müayinədən keçirdikdən sonra dedi ki, səndə qorxulu bir vəziyyət yoxdur, əməliyyat edəcəyik, xəstəlikdən qurtulacaqsan. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür.
Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşayacağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah etdi ki, daxilən əməliyyata mən hazır oldum. Həyatda qalacağıma inancım az olsa da, həkim ürəyimdəki qorxunu azaltmışdı. Sizin və tibbi personalınızın çox böyük səyi nəticəsində müalicə zamanı çıxan problemlərin də aradan qaldırılmasına səbəb oldu. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu Hazırda səhhətim yaxşıdır, özümü rahat hiss edirəm, daha da yaxşı olacağıma ümid edirəm. Sizə təşəkkür etməyi özümə borc bildim.
Bizdə Pressdent.az xəbər portal adından 1 nömrəli Şəhər Klinik Xəstəxanasında həkim-cərrah olaraq, xalqın-sağlamlığı keşiyində dayanan Kəmalə Mirzəyevaya gələcək həyat yollarında əzizləri ilə bərabər səadət dolu ömür payı, səhiyyənin dinamik inkişafında nailiyyətlərlə zəngin nurlu sabahlar arzulayırıq Uca Tanrıdan.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət