Arzu Məhərrəmova- insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir

Arzu Məhərrəmova- insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir


İnsan çalışdığı hər bir sahədə uğura nail ola bilər. Bunun üçün zəngin bilik, qabiliyyət, bacarıq gərəkdir. Xüsusilə, bəzi sahələr vardır ki, daha çox diqqət, dəqiqlik və bilik tələb edir. Elə həkimlik sənəti kimi. Həkim olmaq üçün ilk öncə bu adın məsuliyyətini dərk etmək gərəkdir. Çünki həkim birbaşa insan həyatına, sağlamlığına cavabdeh olmaq deməkdir. Məhz buna görə, ona yönələn ümidsiz baxışları, çarəsizliyi, insanların həyata, yaşama olan ümidlərini doğrultmaq, insanlara şəfa bəxş etmək, onların üzündə təbəssüm yaratmaq həkim üçün ən əsas məqsəddir. Bu, Arzu həkim üçün əsas və önəmlidir. Redaksiyamıza daxil olan təşəkkür məktublarını oxuduqca bunun bir daha şahidi olursan.
Respublikamızın Ali dərəcəli Mama ginekoloqu Arzu Məhərrəmovanın əməyinin bar –bəhəri səhhətində sağlamlıq duyan və xoşəhval – ruhiyyəsi ilə ona minnətdar olanlardan eşitdiklərimizi bu şərhə qeyd etmək yerinə düşər:
Əzizimiz Arzu xanım. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda içimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə.. Allah sizi də həmişə sevindirsin mənim hözəl həkimim.
Mən çox sevinirəm ki, respublikamızda Arzu Məhərrəmova kimi təcrübəli, işini sevən, savadlı gənc həkimlərin bəhrələndiyi peşəkar həkimlərimiz hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən Arzu həkimə mən ilk gündən böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Hörmətlə: Sizin sayənizdə ana olan Məsumə xanım.
Arzu həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir, minnətdarlıq edilir, onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə rəhmət oxunur. Axı, o, nə qədər ümidsiz, əlacsız xəstəyə, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi dəqiq müayinə və müalicə ilə yenidən həyata qaytara bilmişdir. Və o adamlar, onların əziz-doğmaları o böyük Yaradana hər zaman dua edirlər ki, dar məqamda nə yaxşı ki onlara Arzu həkim kimi bir həkim rast salıb. Arzu həkim isə xəstələrin əksəriyyətinin tanımadığı, həkimlərin isə bir çoxunun adına və andına məhəl qoymadığı “hansısa” bir Hippokrata deyil, hamının, bütün dünyanın tanıdığı və səcdə etdiyi uca Tanrıya əsl müsəlman sadiqliyi ilə ona pənah gətirənləri öz yaxın adamı, Allahın bəndəsi kimi qəbul edərək, bütün istedadı, bacarığı, insansevər ürəyi, qayğıkeş qəlbi və səmimiyyəti ilə onların şəfa tapmasına çalışmışdır. Yüzlərlə, minlərlə xəstənin!
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət