Medika Hospitalın travmatoloq-ortopedi Emil Kazımın peşəkar fəaliyyəti

       Medika Hospitalın travmatoloq-ortopedi Emil Kazımın peşəkar fəaliyyəti


Şərəfli peşə sahibi olmaq hər bir insanın ümdə arzusudur, bu sənət insanlara xeyir verən nəcib, şərəfli olanda daha tez nəzərə çarpır. Həkimlər demək olar ki, həyatını, sağlamlığını, insanların həyatda sağlam tərzdə yaşamasına sərf edirlər. Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq Medika Hospitalında çalışan həkim personalı göz önünə gəlir. Bu yaxınlarda yolumu Medika Hospitalına salmışdım. Hospitalda gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Gözümdən qaçmayan nizam-intizam, xəstələrə göstərilən səmimi münasibət beynimdə belə bir cümləni formalaşdırdı. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir. Belə bir səmimiyyəti Medika Hospitalının “Travmatoloq-ortopedi” Emil Kazımın timsalında gördüm. Emil Kazımının xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Emil həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum.
Məhz elə bunun nəticəsidir ki, redaksiyamıza daxil olan məktublar içərisində Emil Kazıma edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Emil həkimə daxil olan minnətdarlıqlar içərisində Məmmədovlar ailəsinin razılıq dolu müraciəti xüsusilə diqqəti cəlb edir: Mənim etdiyim dualar Emil həkimin yoluna nur saçsın deyir Elmira xanım.
Dizimdə olan şişkinliklə bağlı Medika Hospitalına müayinə olunmaq üçün müraciət etdim. Həkim –Travmatoloq-ortopedi” Emil Kazım məni hərtərəfli müayinə etdi və dərhal əməliyyat olmağımı məsləhət bildi. Həkimin dəqiq diaqnozu məni ölümün pəncəsindən qurtardı. Artıq həmin həyəcanlı günlər arxada qalıb. Emil həkimin mənim üzərimdə icra etdiyi əməliyyat ailəmizin əvvəlki sevincini özünə qaytarıb…
Hörmətli redaksiya heyəti! Sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Emil həkimə mənim və mənim kimi yüzlərlə insanların adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm.
Bütün insanı keyfiyyətləri özündə formalaşdıran, ruhunu ilahiyə təslim edən Emil həkim şəfalı əllərilə hələ neçə-neçə xəstənin üzünü güldürüb, ailəsinə sağlamlığı hədiyyə edəcək. Bu xəstəliklərin dünyada , o cümlədən respublikamızda artan faiz üzrə irəliləməsini nəzərə alsaq onun üzərinə düşən vəzifənin nə qədər çətin və önəmli olduğunu vurğulamaq yerinə düşərdi.
Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşduran, ona ikinci həyat bəxş edən, bu müqəddəs və şərəfli olduğu qədər də çətin peşənin yetişdirib cəmiyyətimizə bəxş etdiyi, həkim adını ləyaqətlə daşıyan, ona ucalıq gətirən şəxsiyyətlərdən bir olan Emil Kazıma redaksiyamız adından təşəkkür etməyi borc bildik.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət