Talıb Səmədov dünyaya gələcək körpələrin sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır

 Talıb Səmədov  dünyaya gələcək körpələrin sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır


"Funda" Tibb Mərkəzində olduğum müddətdə xəstəxanaya gətirilən xəstələr həkimlər tərəfindən müayinə keçir, tam kursda müalicə olması üçün xəstələrə göstərilən mehribançılıq məni bir daha ruhlandırdı. Funda tibb mərkəzində də insanların sağlamlığının keşiyində vicdanla, şərəflə duran, onlara canla-başla xidmət edən bacarıqlı həkimlər çoxdur. Tibb mərkəzinin tanınmış ali dərəcəli mama-ginekoloqu, Tibb Elmləri Namizədi Talıb Səmədov öz peşəkarlığı, savadı, dünyagörüşü, səmimiyyəti, işinə məsuliyyəti ilə hər kəsin dərin hörmətini və inamını qazanıb, xalq arasında öz nüfuzu, hörmət sahibi olması ilə seçilir. Tibb mərkəzinə gələn ginekoloji xəstəliklərdən əziyyət çəkən pasientlərin hamısı onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan Talıb Səmədovdən razılıqlarınlı dilə gətirir, onlara öz dərin minnətdarlıqlarını böyük fəxrə söyləyirlər.
Talıb həkim dünyaya gələcək körpələrin sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır. О həyatının hər bir anını maraqlı etməyə çalışır, zəhməti isə boşa getmir. "Ağıllı adam həmişə sənət və hünər əldə edib yaxşı ad qoymağa çalışır". Talıb həkim öz ağlı dərin dünya görüşü, peşəkarlığı, savadı ilə seçilir. О öz zəhməti hesabına bir çox uğurlar əldə edir, saysız hesabsız dünyaya gələn körpələrin sağlam olmasında böyük əməyi olub. Ümudsüz körpələrin həyatına sevinc qığılcımları səpib, həyatdan küskün olan körpəbri ikinci dəfə həyata qaytarır. Talıb həkim çalışdığı Funda Tibb Mərkəzində hər kəsin dərin hörmətini və rəğbətini qazanıb.
Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən sakinlər Talıb Səmədovun fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Hörmətli redaksiya! Həkim mama-ginekoloq Dr.Talıb Səmədov məni əməliyyat masasından geri göndərdi. Talıb həkim mənim mələyimə çevrildi. Yumurtalığımda olan kistalalara qarşı mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim tez bir zamanda məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. Sən ana ola bilərsən xəbərini eşidəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Talıb Səmədova güvənməyi məsləhət görürəm.
Əziz Talıb həkim, bir arının çiçəyin şirəsinə nə qədər ehtiyacı varsa insanların da sizin kimi həkimlərə o qədər ehtiyacları var. Sizin hər dəfəsində öz qızıl barmaqlı əllərinizlə bir xəstəyə verdiyiniz şəfa sizi Tanrıya daha çox yaxınlaşdırır. Tanrı nuruna bələnən insanlar isə daim uğur və nailiyyətlə yürüyürlər. Biz də “Pressdent.az” xəbər portalının rəhbərliyi adından bu yolda sizə böyük uğur və nailiyyət arzulayırıq. Allahdan sizə can sağlığı arzulayaraq, aləmə şəfa dağıdan əllərinizdən öpür, sizə daha çox səbr və can sağlığı arzulayırıq ki, başqalaraına daha çox sağlamlıq verəsiz!
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət