İlahə Hacıyeva -Ailələrə sevinc bəxş edən peşəkar həkim

İlahə Hacıyeva -Ailələrə sevinc bəxş edən peşəkar həkim

Tam səmimiyyətlə deyə bilərəm ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasında insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı,pasientlərlə xoş rəftar və diqqət haqlı olaraq xəstəxana haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikasından geri qalmır. Fotofakt.az saytı olaraq, redaksiyamıza ünvanlanan məktublarada pasientlər Kliniki Tibb Mərkəzinin mama-ginekoloqu Tibb üzrə fəlsəfə doktoru İlahə Hacıyevanın peşəkarlığından böyük razılıq ifadə edirlər. Həkim-ginekoloq adını ləyaqətlə daşıyan İlahə Hacıyeva peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. İlahə Hacıyeva Bakıda və Respublikada xalq, ictimaiyyət tərəfindən hörmətlə tanınan nadir şəxsiyyətlərin ehtiram bəslədiyi bir həkimdir.

Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir ginekoloq –kimi ona olan inam və ehtiramı daha da artırır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir.

Redaksiyamıza daxil olan məktublar içərisində İlahə Hacıyevaya edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Oxucularımıza onlardan bir neçəsini təqdim edirik.

Əzizimiz İlahə xanım. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda içimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim hözəl həkimim.

Hörmətlə: Sizin sayənizdə ana olan Sevil xanım.

Mənim özü kimi qəlbi də gözəl həkimim, sizə nə qədər təşəkkür etsək azdı. 9 ay əziyyətimizi çəkdiniz, sizin sayənizdə mən hamiləliyimi başa vurdum sona qədər bizə dəstək oldunuz,sırf sizin üçün hər ay Gəncədən gəlib müayinə olub qayıtdıq, çünki sadəcə sizə etibar etdik, güvəndik sadəcə sizin savadınıza, insanlığınıza, səmimi söhbətlərinizə. Bizə dünyaları bəxş etdiniz, sizə nə qədər təşəkkür etsək azdı. Biz sizi çox sevirik.

Hörmətli redaksiya!

İlahə Hacıyevaya ailəmizin dərin minnətdarlığını bildirməyinizi xahiş edirəm. Müalicə və əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarlarıma deyirəm: Şəfalı əlləriniz var olsun.

Nəsimi rayonunda yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Sevda bacımız 15 ildir övladı olmadığını söylədi və bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı olmasıdır, övladsızlıqdan ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Sevda bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim İlahə Hacıyevaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi. İlahə xanım sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Sevda xanım artıq hamilədir və inşallah körpəsini qolları arasına aldığı gün onunla bərabər məndə sevinəcəm.

Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram.

Hörmətlə: Arzu xanım

Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə körpə sevinci bəxş edən İlahə Hacıyevaya, 1 saylı Şəhər Kliniki Xəstəxanasının tibbi – personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.

İlahə Hacıyeva -Ailələrə sevinc bəxş edən peşəkar həkim
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət