Natəvan Abuşeva kimi dəyərli həkimlərimizin qədrini bilək

Natəvan Abuşeva kimi dəyərli həkimlərimizin qədrini bilək

Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır.
Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Natəvan xanım ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Natəvan həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.
Natəvan xanımın əməyinin bar –bəhəri özündə gözəllik duyan və xoşəhval – ruhiyyəsi ilə ona minnətdar olanlardan eşitdiklərimizi bu şərhə qeyd etmək yerinə düşər:
Mən bir müddət idi ki, boğazımda əmələ gələn ağrılardan əziyyət çəkirdim. Müxtəlif həkimlərin müalicəsini almışdım. Bu müalicələr müvəqqəti xarakter daşıyırdı. Həm vaxt itirirdim, həm də sözsüz ki, maddiyat. Modern Hospitalın həkim – Otolorinqoloqu Natəvan xanımın qəbuluna getməyi məsləhət gördülər. Qısa bir zaman ərzində tam sağalıb işimə başladım. İndi isə düşünürəm kaş, illər öncə bu ağrılardan azad olaydım. Necə mənalı çağları ağrı – acıya görə heçə verib istədiyimi yeyə bilməmişəm. Yaxşı ki, varsınız mənim həkimim Natəvan xanım.
Hörmətli redaksiya! Mən çox sevinirəm ki, respublikamızda Natəvan Abuşeva kimi təcrübəli, işini sevən, savadlı kadrlarımız hələ də var. Hamıya qayğı ilə yanaşan, nəvaziş göstərən belə həkimlərimiz yetərincədir. Mən ilk gündən Natəvan həkimə böyük ümidlər bəslədim. Görünür yanılmamışam.
Sizdən xahiş edirəm ki, Natəvan Abuşeva kimi dəyərli həkimlərimizin qədrini bilək, onların layiqli dəyərini verək. İstərdim ki, Natəvan həkimin də zəhmətini qiymətləndirəsiniz.
Hörmətlə; Ramiz müəllim
Daha biir təşəkkür məktubu Əliyevlər ailəsi tərəfindən ünvanlanır:
Əliyevlər ailəsi olaraq Modern Hospitalın həkim - Otolorinqoloqu Natəvan Abuşevaya qəlbdən təşəkkür edirik, can sağlığı işlərində uğurlar arzulayırıq. Qeyd edək ki, burnumda haymorit var idi. Bu məni çox narahat edirdi. Başqa klinikalara müraciət etsək də, müsbət nəticə əldə olunmamışdı. İyibilmənin zəifləməsi, baş nahiyəsində ağrılar müşahidə olunurdu Natəvan həkimin böyük diqqəti, səyi, güclü bacarıqları, təyin etdiyi müalicələr sayəsində övladımız sağlamlığına qovuşdu. Sizə borcluyuq qayğınıza görə.
Hörmətli redaksiya heyəti! Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə sevinc bəxş edən Natəvan Abuşevaya dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəm.

Hörmətlə; Kəmalə xanım
Oxşar xəbərlər
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
“A­zər­bay­ca­nı gə­lə­cə­yə apa­ran yol” Xe­yir­xah­lıq mü­cəs­sə­mə­si
XX əs­rin 70-ci il­lə­rin­də bü­növ­rə­si mər­hum pre­zi­den­ti­miz Hey­dər Əli­yev tə­rə­fın­dən qo­yul­muş Azər­bay­can Читать далее
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət