“Azərbaycanı gələcəyə aparan yol”

“Azərbaycanı gələcəyə aparan yol”

Ağabacı Mirzəyeva,
Bakı şəhəri 23 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, ali kateqoriyalı müəllim, Əməkdar müəllim, Əmək və
Respublika veteranı,
“Azərbaycan bayrağı”, “Peşəkar müəllim”,
“Əsrin ziyalısı - Sədaqətli Əliyevçi”, “Vətən”, “Heydər Əliyev” döş nişanı prizi,
“İlin ən yaxşı müəllimi”
milli media mükafatları laureatı


Azərbaycanın inkişafı yolunda

Möhtərəm prezidentimiz mərhum Heydər Əlirza oğlu Əliyev çoxillik dahiyanə siyasi və elmi idarəetmə fəaliyyəti sahəsində Azərbaycan xalqının tarixində misli-bərabəri olmayan əmək və yaradıcılıq xarıqələri əldə etmiş, müasir sosial-mədəni inkişafın sivil dünya magistralına çıxarmışdır. Qlobal miqyasda sosial dinamikanın elə bir sahəsi, təyinedici atributu yoxdur ki, Heydər Əliyevin rəşadətli dühası ona dərindən nüfuz etməsin. Azərbaycanımız, bu gözəl yurdumuz üçün vacib əhəmiyyət kəsb edən sosial fenomenləri oradan üzə çıxarmasın, xalqımızın, onun ziyalılarının təfəkkür enerjisini, əməli qüvvəsini ölkəmizdə təşəkkül tapmasına istiqamətləndirməsin.
Müasir Azərbaycanın memarı sayılan möhtərəm prezidentimiz Heydər Əliyev təhsilimizin də böyük qayğıkeşi, yaradıcısı, rəhbəri olmuşdur. Rəhbərliyi altında respublikamızın təhsil işçiləri dünya təhsil sisteminə inteqrasiya istiqamətində inamlı addımlar atmış, sevindirici nəticələr əldə etmişlər. Vətənim Azərbaycan üçün taleyüklü misilsiz xidmətlərini bütün xalqımız çox gözəl bilir, daima onu yüksək qiymətləndirirlər.
“Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün bu tarixi fikri türk dünyasının nadir şəxsiyyətlərindən olan Heydər Əlirza oğlu Əliyevin həyat yolunu tam obyektiv və aydın şəkildə təcəssüm etdirir.
Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi ən parlaq sima olaraq, nəinki bizim xalqımız, habelə bütün dünya tərəfindən qəbul edilir və qiymətləndirilir. Müstəqil Azərbaycan dövlətinin banisi olan cənab Heydər Əliyev öz şüurlu həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, bütün Azərbaycanlılarının hüquq və azadlıqlarının qorunmasına, ölkə iqtisadiyyatının daim inkişaf etdirilməsinə, doğma vətənimizdə demokratik dövlət quruculuğuna həsr etmişdir.
Tamamilə haqlı olaraq möhtərəm prezidentimiz Heydər Əlirza oğlu Əliyev Müstəqil Azərbaycanın və azərbaycançılığın simvolu kimi tanınır. Azərbaycan xalqı bu gün təhsil sistemimizlə-məktəbəqədər tərbiyə, ümumi-peşə ixtisas, eləcə də diplomdan sonrakı təhsil müəssisələrinin, geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr potensialı ilə fəxr edir.
Bütün bunlar öz mənbəyini Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır.
Bu gün qətiyyətlə demək olar ki, mərhum Heydər Əliyev Azərbaycana uzun müddətli rəhbərliyinin ən sanballı göstəriciləri, respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin təmin edilməsi xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olmuşdur. İndi təkcə respublikamızda deyil, həm də dünyanın qabaqcıl ölkələrində belə Azərbaycanı intibah( inkişaf) dövrü kimi dəyərləndirirlər.
Yuxarıdakı fıkirlərimi təsdiqləmək üçün deyə bilərəm ki, XX yüzillikdə şəxsiyyət böyüklüyü və əzəmətinin zirvəsinə yüksələrək böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə nail olan dahilər sırasında Heydər Əliyevin öz yeri, öz dəsti xətti vardır. Zəmanəmizin nadir şəxsiyyətlərindən olan möhtərəm prezidentimiz dünyaya lider kimi gəlmiş və dahi rəhbərlərə xas olan bütün xüsusiyyətlər istedad, qabiliyyəti, geniş qəlbi, səbri, ali insani keyfiyyətlər onun üzərində cəmlənmişdir. Yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlər dahiliyin zirvəsinə yüksəlmək şərəfinə nail olublar. Bununla da Heydər Əliyev təkcə öz xalqının gözündə deyil, ümumən bəşər tarixində ölümsüzlük qazanıbdır. Bizım üçün böyük şərəfdir ki, hazırda xalqımızın həyatında bu şərəfli missiyanı böyük əzm və mətanətlə onun davamçısı, oğlu, Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyev yerinə yetirir. Bir müəllim kimi qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və idman sahəsində, eləcə də beynəlxalq arenada son illər əldə etdiyi uğurlarda İlham Əliyevin müstəsna xidmətləri var. Onun istər Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin başçısı, sonradan büro üzvü, istər Azərbaycan Respublikası Dövlət Neft Şirkətlərinin 1-ci Vitse-prezidenti istər Milli Olimpiya komitəsinin rəhbəri, istərsə də Baş nazir kimi fəaliyyəti böyük uğurlarla zəngin olmuşdur.
İlham Əliyev AŞPA kimi nüfuzlu təşkilatın tribunasında ölkəmizin milli maraqlarını qoruyaraq, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsinə yönəlmiş fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci Vitse- prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusilə qiymələndirmək lazımdır. Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna 10 may 2004-cü ildən rəhbərlik edir. Mehriban xanımın Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rolu vardır. Ölkəmizin simasının gündən günə dəyişməsində, dünyanın nüfuzlu ölkələri arasında layiqli yer tutmasında əvəzedilməz xidmətləri vardır. Azərbaycan müəllimi kimi fəxr edirəm ki, İlham Əliyev kimi prezidentimiz, Mehriban xanım Əliyeva kimi Azərbaycanın Birinci Vitse- prezidenti vardır. Bəli, bu gün vətənini, xalqını ürəkdən sevən, daima qəlbi vətənpərvərlik hissi ilə döyünən Azərbaycanın 1-ci xanımı Mehriban xanım Əliyeva bizim üçün bir örnəkdir. Məlum həqiqətdir ki, bu gün dərs dediyimiz şagirdlərin böyük əksəriyyəti alim, həkim, müəllim, ziyalı olmayacaqdır. Buna ehtiyac da yoxdur. Bir müəllim kimi təcrübəmə əsasən deyə bilərəm ki, orta ümumtəhsil məktəbinin əsas vəzifəsi vətənpərvər vətəndaşlar yetişdirməkdir. Xalq şairi Məmməd Araz hədər yerə deməmişdir:
Olmayandan vətən daşı,
Olmaz ölkə vətəndaşı.
Hər bir müəllim yaxşı bilməlidir ki, böyüyən nəsil hamılıqla vətəndaşlıq məktəbini keçməlidir. Məktəbdə şagirdlərə dərin, düşünülmüş, hərtərəfli, müasir standartlar səviyyəsində bilik verməklə yanaşı, onları vətənə, xalqa, doğma torpağa əsl vətəndaşlıq məhəbbəti ruhunda tərbiyə etmək ön plana çəkilməlidir.
Məktəbimizdə vətənpərvərlik həftəsi keçirilir. Bu yaxınlarda bir Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi vətənpərvərlik mövzusunda həm açıq dərs, həm də tədbir keçirdim.
“Fətəli xan beşiyi” adlı 7-ci sinifdə keçirdiyim açıq dərs vətənpərvərlik mövzusunda idi. Şagirdlərə Quba xanı Hüseynəli Xanın Azərbaycan xalqına xas olan qonaqpərvərliklə yanaşı, əsl vətənpərvər bir xan olduğunu nəzərə çatdırıram.
Şagirdlərlə birlikdə Hüseynəli Xan surətini çox ustalıqla təhlil edirik. Onun dediyi; “Hərənizə bir qılınc almışam, vətəni qorumaq üçün. Bir olsaq, düşmən qorxar, üstümüzə gəlməz”.
Şagirdlərə çatdırıram ki, ermənilər zaman-zaman Urmiyadan Beyləqana kimi ata-baba torpaqlarımızı işğal edərək özgəninkiləşdirməyə çalışmışlar. Siz gəncliyin borcu torpaqlarımızı geri almaqdır.
Vətənpərvərlik mövzusunda keçirdiyim “Azərbaycanın şəhid qızı, vətənpərvər Salatın” tədbiri məktəbin Heydər Əliyev muzeyində keçirildi. Salatın Əsgərovanın əziz xatirəsinə həsr olunmuş kino-film göstərildi. Şəhid qəhrəmana həsr olunmuş Nəbi Xəzrinin “Salatın” poemasından şeirlər dinlənildi”. Salatın Əsgərovanın ailəsi, oğlu Ceyhun haqqında məlumat verildi. Onun bir jurnalist kimi fəaliyyəti işıqlandırıldı. Bəstəkar Elza İbrahimovanın “Salatın” mahnısı ifa olundu.
Kino-filmin adı “Vətən üçün gedirəm” adlanır. Bu filmdə Salatın Əsgərovanın keçdiyi qəhrəmanlıq səhifələri anbaan vərəqlənir. Şagirdlərdə bu tədbir bu vətənpərvər jurnalistə olan məhəbbəti, sevgini daha da artırır.
Nəinki yeddinci hətta dərs dediyim bütün siniflərdə vətənpərvərlik haqqında verilmiş mövzuları ön plana çəkir, şagirdləri vətənə məhəbbət, yurda, torpağa sevgi ruhunda tərbiyələndiririk.

********************************************[center][/center]

Xeyirxahlıq mücəssəməsi

XX əsrin 70-ci illərində bünövrəsi mərhum prezidentimiz Heydər Əliyev tərəfındən qoyulmuş Azərbaycan təhsili bugünki günə qədər uzunmüddətli yol keçmişdir. Azərbaycan dünyada siyasi və iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətdir. Bu gün Azərbaycan təhsili prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu nəticələr əldə edir. Avropa və Qərbin təhsil sisteminə inteqrasiya edir.
Ulu öndər Heydər Əliyev Azərbaycanda qadın siyasətinə, qadınların ictimai həyatda fəal mövqeyinə, onların Azərbaycan təhsilinə verdiyi qiymətə diqqət yetirmişdir.
Azərbaycan qadınlarının əsrlər boyu cəmiyyətdə fəal olmaması ucbatından Tomris anamızı, Bərdə hökmdarı Nüşabəni, Sara xatunu, qadın şairəsi Natavanı qadın qəhramanlarımız kimi onlara qarşı qoyaraq nümunə göstərmişdir. Mərhum prezidentimiz H.Əliyev demişdir: Əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O, zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və bu zəhmətdən heç vaxt inciməmişdir. O, sonra demişdir ki, Azərbaycan qadını cəmiyyətin bərabərhüquqlu üzvüdür, o öz dövlətini, xalqını bütün dünyada layiqincə ləyaqətlə təmsil etməyə qadirdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nm xoşməramlı səfıri, Azərbaycan Respublikasının birinci Vitse-prezidenti, Milli Məclisin Deputatı Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir, əvəzedilməzdir.
Mehriban xanıma YUNESKO-nun xoşməramlı səfiri adının verilməsi Azərbaycan qadınının dünya miqyasında qazandığı uğurlardan biridir. YUNESKO-nun Parisdəki iqamətgahında keçirilən təntənəli yığıncaqda Mehriban xanımın xidmətləri qurumun baş katibi tərəfındən yüksək qiymətləndirilib. l995-ci ildə yaranmış Azərbaycan Mədəniyyətinin Dostları Fondunun gördüyü geniş miqyaslı işlər sadalanıb, ölkəmizin Birinci xanımının xidməti diqqət mərkəzində olub, dəyərləndirilib.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət