Nazim Ağayev: “Barəmdə səslənən ittihamlar tam əsassızdır”

Nazim Ağayev: “Barəmdə səslənən ittihamlar tam əsassızdır”


Bir neçə gün bundan öncə sosial şəbəkədə Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayevlə bağlı müəyyən açıqlama yayımlanmışdı. Açıqlamanı yayan şəxs, adı çəkilən vəzifə sahibini gələcəkdə hansısa məkrli planını həyata keçirtdirəcəyi ilə bağlı müəyyən qədər də ittiham etmişdi. Düzdür, biz də yayımlanan açıqlamaya diqqət yetirdik və belə qənaətə gəldik ki, hal-hazırda 21-ci əsrdə yaşayırıq və artıq inkişaf etmiş dövlətimiz, sivil qanunlarımız və ayıq-sayıq hüquq-mühafizə orqanı əməkdaşlarımız var. Ona görə də düşünürük ki, indiki dövrdə kimsə kimə qarşı məkrli planını həyata keçirə bilməz. Düzdür, mövzu aktuallıq kəsb etdiyindən, biz ittiham olunan şəxslə, yəni YAP Xaçmaz rayon təşkilatının sədri, Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayevlə əlaqə saxladıq. Adı çəkilən şəxs barəsində səslənən ittihamlara gülümsəyərək cavab verdi ki, “Mən həmin günün səhər saatlarında rayondakı hüzr mərasimində olmuşam və barəmdə səslənənlərin hər biri tam əsassız ittihamlardır. Artıq mən müəyyən yaş həddinə çatmış bir şəxsəm və adımın belə məsələlərdə hallanması, əslində gülüncdür. Bəlkə də, gənc yaşlarımda olsaydım hansısa addımımı atardım. Əgər kiminləsə problemim varsa, yaxud da kiminləsə hansısa məsələni ayırd edə bilmirəmsə, o halda hüquq-mühafizə orqanlarına niyə müraciət etməyim? Qaldı ki, barəmdə şər-böhtan yayan şəxslə bağlı prokurorluğa müraciət etmişəm. Yəqin ki, yaxın günlərdə hüquqi müstəvidə aparılacaq araşdırma işləri öz nəticəsini verəcək və həmin şəxs qanunla layiq olduğu cəzasını da alacaq. Kim harada görüb, yaxud da harada eşidib ki, bir şəxs digərinə qarşı hansısa məkrli planını həyata keçirmək istədikdə, “killer” tutduğu şəxsi həmin şəxsin yaşadığı ünvana qədər aparıb və ona ünvanı da göstərib?. Digər tərəfdən, barəmdə əsassız açıqlama yayan şəxs, guya ki, onun ünvanına hansısa avtomobillə getdiyimi bildirir. O halda sual oluna bilər ki, bəs səbəb nədir ki, həmin şəxs “ay ictimaiyyət, Nazim Ağayev belə bir dövlət nömrə nişanı olan avtomobillə gəlmişdi” deyə açıqlama yaymır. Ünvanıma səslənən ittihamın hər biri ağyalandır, şərdir, böhtandır. Həmin şəxs verilmiş sifariş əsasında müəyyən şou yaradıb özünü “qəhrəman” etmək istədi, alınmadı və sonda da rüsvay oldu. Yəni, onun şousuna heç kəs, o cümlədən həmyaşıdları da inanmadı.
Hal-hazırda mən strateji bir sahəyə rəhbərlik edirəm və hər zaman başlıca amalım xalqıma, dövlətimə layiqincə xidmət etmək, ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti müdafiə etmək olub. Daşıdığım vəzifəyə və atdığım addımlara görə, bu gün istər rayonda, istərsə də bölgədə kifayət qədər nüfuz sahibi olan bir şəxsəm. Hansısa şəxsin barəmdə nələrisə səsləndirməsi, heç cür mənə yapışmaz. Çünki, məni tanıyan hər kəs bilir ki, əqidəm də, düşüncəm də sağlam amal üzərində formalaşıb. Əslində, barəmdə ittiham səsləndirən şəxs kimlərinsə sifarişini yerinə yetirir və rayon rəhbərliyi ilə bərabər, məni də nüfuzdan salmağa çalışır. Bu da keçməyəcək! Axı, barəmdə ittihamı səsləndiirən şəxsin kimiliyi hər kəsə bəllidir. Əslində həmin şəxs verilmiş sifarişi yerinə yetirir və onun facebook səhifəsinə nəzər yetirməklə onu da aşkara çıxarmaq mümkündür. O, uzun müddətdir mənimlə ədavət çəkir və barəmdə əsassız açıqlamalar yaymaqla da məşğul olur. Ona görə də, onunla bağlı nəsə deməyi, nəsə danışmağı şəxsən özüm üçün lüzum bilmirəm”.
Oxşar xəbərlər
Arzu Akbulut-Şərəfli həkim yolu Fəxri Diplomu
Arzu Akbulut-Şərəfli  həkim yolu Fəxri Diplomu
Həkimlik sənəti ! O sənət ki Ulu Tanrıdan sonra yaranmışların ən alisi olan insanı sağlamlığa qovuşdurur, ona ikinci həyat bəxş Читать далее
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət