Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır

Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır


İlyaslı Teymur Məmməd oqlu 1948-ci il oktyabr ayının 10-da Gürcüstan Respublıkasının Borcalı mahalının Qurtlar kəndində fəhlə ailəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakultəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib, Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik 1992- ci ildə doktorluq alimlik dərəcəsi almışdır.
1966-1970 - tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972-1979 - aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979 - k.e.n., «Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri », Kimya Problemləri İnstitutu, AMEA. 1992 - k.e.d.,«Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi», «Ümumi və Qeyri-üzvi kimya» kafedrası, BDU 2016-cı ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvi.
1972 -1982 - elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası 1988- 1992 - ETL müdiri, Ümumi və qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti. 1988-2008 - baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti. 1993 - professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti. 1999-2005 - dekan müavini 2005 - kafedra müdiri əvəzi,Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti. Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 500-dən çox elmi məqalə 28 kitab 12 müəlliflik şəhadətnaməsi 12 patent 15 elmlər namizədi 2002-2013 Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibi olmuş. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır.
2014 - “Tərəqqi” medal, 2016- “Qabaqçıl təhsil işçisi”, 2017 - Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvi fəxri adları almışdır.
P.S.: Bu günlərdə Teymur müəllimin 70 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, ona can sağlığı, elmi və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
***[center][/center]
Əsarətində olduğumuz Sovet imperiyasının dağılması bizə müstəqilliyimizi bərpa etməyə şərait yaratdı. Belə ki 1991-ci il oktyabrın 18-də Ali sovetin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Aktda qeyd olunmuşdur ki, Azərbaycan dövləti 1918-1920ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqilliyi elan edilmiş dövlətimiz çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərirdi. Bir çox dövlətlər müstəqilliyimizi tanıdı. Ilk olaraq müstəqilliyimizi tanıyan isə qardaş Türkiyə dövləti oldu. Lakin müstəqilliyimizi qazandıqdan 2 il sonra xalqımız yenə onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən erməni separatçılarının torpaqlarımıza təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan səbatsız, səriştəsiz vəzifəli məmurların yeritdikləri daxili və xarici siyasət müstəqilliyimizin beşiyindəcə boğulması təhlükəsini reallaşdırdığı çətin bir vaxtda ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizin qorunmasında mühüm rol oynadı. Onun qayıdışı dövlətimizin daxili və xarici siyasətində dönüş yaratdı. Azərbaycan dövləti hüquqi, demokratik və dünyəvi dövlətdir. Çıxışımı ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə davam etdirmək istəyirəm: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
XXI əsr ölkəmizin milli təhsil tarixində islahatlar əsri kimi yaddaşlarda qalacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Şəxsiyyətin zəngin siyasi təcrübəli gənclərin elmi dünyagörüşünün formalaşmasında müsbət rolunu göstərmək müəllimlərin ən başlıca vəzifələrindən biri olmalıdır". Bu nöqteyi-nəzərdən ölkədə bütün tədris ocaqlarında məqsədyönlü, sistematik işlərin aparılması vacibdir.
Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yaxşılaşdırılması, gənc nəslin dünyagörüşü formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün şəkildə təşkil edilməsi cəmiyyət qarşısında duran ən mühüm vəzifələrdən biridir. Hazırda, Azərbaycanda təhsil sahəsində olduqca böyük islahatlar gedir. Milli təhsilimizin dünya ölkələrini təhsilinə inteqrasiya olunması prosesi sürətli bir şəkildə həyata keçirilir. Ölkəmizin gələcəyi olan indiki nəslin təlim-tərbiyə, mükəmməl dünyagörüşünün qayğısı cəmiyyətdə çox önəmli bir məsələdir, çünki, təhsil sistemi cəmiyyətin özünü təşkil edir və ümumdövlət əhəmiyyətli strateji bir sahədir. Gənc dövlət başçısı İlham Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycanda təhsil sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərilmişdir və daim göstərir. Ölkədə müasir elm və təhsil ocaqlarının açılmasına, pedaqoji, ixtisaslı kadrların hazırlanmasına yaxından köməklik göstərmiş və köməyini hər an göstərməkdədir.
1918-1920-ci illər arasında Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olduğu vaxta təsədüf idir. Bu dövrdə «Türk dili» adı ilə Azərbaycan dilini dövlət dili hüququ alması, tədrisin, karqüzarlığın bu dildə aparılması dilimizin inkişafına müəyyən qədər təkan versə də, Cümhuriyyətin ömrü uzun olmadığından, dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilmədi. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi, respublikaya rəhbərlik etməyə başladı. Bununla da, sükünət buzu sındı. İctimai-siyasi həyatın bütün sahələrində canlanma meydana gəldi. Heydər Əliyevin dövlət yığıncağında Azərbaycan dilində nitq söyləməsi böyük bir hadisəyə çevrilərək, respublikaya səs saldı. Sonra da onu Azərbaycan dilində çıxışları müntəzəm şəkil aldı. 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili kimi hüquq verildi. Bu, o dövrdə qəhrəmanlığa bərabər idi. Heydər Əliyevin qəhrəmanlığı idi. Bu və digər tədbirlər nəticəsində Azərbaycan dilinin mövqeyi möhkəmləndi, hörməti daha da artdı. Sovet imperiyasının hakimiyyəti illərində mərkəzdən - Moskvadan göstərilən böyük təzyiqlər dil haqqında əhəmiyyətli islahatlar keçirməyə imkan vermirdi.

İlyaslı Teymur Məmməd oğlu,
BDU-nun Ümumi və qeyri-üzvi kimya
kafedrasının müdiri, kimya elmləri doktoru,
professor, “Tərəqqi” medallı
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət