Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək » Pressdent.az

Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək

Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək

Möhtərəm dövlət başçımız cənab İlham Əliyev aqrar sahənin inkişafına daim mühüm önəm verir. Məhz bunun nəticəsidir ki, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.

Hazırda kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan pambıqçılığın dirçəldilməsinə xüsusi qayğı göstərilməsi də həmin məqsəddən irəli gəlir. Qeyd edim ki, pambıqçılığın Azərbaycanda qədim ənənələri var. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər statistikaya nəzər salsaq, görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton–1 milyon tona qədər pambıq tədarük edilib.

Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd sakinlərinin maddi rifah halının yaxşılaşmasına müsbət təsir göstərib. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatıb. 1970-1976-cı illərdə kolxoz və sovxozlar tərəfindən pambıqdan 2 milyard manat əldə edilib. Bir sözlə, o dövrdə Azərbaycanda illik pambıq istehsalı yuxarıda qeyd edildiyi kimi, 1 milyon tona çatdırılıb. Ölkə büdcəsinin 22-25 faizini pambıqçılıq təmin edib.

Həmin dövrdə respublikamızda pambığın 39 sortu rayonlaşdırılıb. Rayonlaşan hər bir yeni sort əvvəlki sortlardan təsərrüfat qiymətli göstəricilərinə, məhsuldarlığına görə fərqlənirib və ümumi istehsalın sabit artımına zəmin yaradıb.

Dahi öndər tez-tez pambıq tarlalarında, kənd adamları arasında olurdu və onlara öz dəyərli tövsiyəsini verirdi. O, qabaqcıl pambıqçıların, sürücü- mexaniklərin əməyini həmişə yüksək qiymətləndirir və onlara ölkənin ali mükafatlarını təqdim edirdi.

Lakin, təəssüf ki, müstəqillik illərində pambıq istehsalına diqqət zəiflədi, əkin sahələri getdikcə azaldı. Əlbəttə, bu, bir tərəfdən “qara qızıl”ın “ağ qızıl”ı üstələməsi, arxa plana keçirməsi, digər tərəfdən isə məhsulun dünya bazarında qiymətinin sürətlə ucuzlaşması ilə bağlı idi. Məhz bunun nəticəsi idi ki, 2005-ci ildə Azərbaycanda olan 112 min 500 hektar pambıq əkini sahəsi 10 ildən sonra nə az, nə çox - 5 dəfə azalaraq 23 min hektara endi.

Amma bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyduğu vəzifələr hazırda pambıqçılığın inkişafına təkan verib və onun tarixi şöhrəti qaytarılmağa başlanıb. Dövlət başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 13 iyul 2017-ci il tarixli sərəncam imzalaması da sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyib.

Şübhə etmirəm ki, pambıqçılığın inkişafına dair yeni Dövlət Proqramının icrası nəticəsində Azərbaycanda pambıqçılıq ənənələri tam bərpa olunacaq, pambıq emalı məhsulları üzrə idxaldan asılılıq azaldılacaq, kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə və ölkəyə əlavə valyuta daxil-olmalarına şərait yaranacaq. Beləliklə, pambıq istehsalı və emalı kompleksi təşəkkül tapacaq, yerli pambıq xammalına əsaslanan tekstil sənayesi formalaşacaq.

“MKT İstehsalat Kommersiya” MMC-nin Beyləqan filialının direktoru Rəşid Məmmədov

Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək
Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək
Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək
Pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək
Oxşar xəbərlər
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Yusif balanın 2 yaşını babası Əhliman,Həmzə,nənəsi Nərminə xanım, atası Ceyhun,anası Aysel,əmiləri,dayıları təbrik edirlər.Bu Читать далее
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Mədinə balamızı 2 yaşı tamam olması münasibətilə babası Arif,nənəsi Gülbəniz xanım, anası Aytən xanim, dayları Читать далее
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da narazılıq yaradır. Bu barədə müraciət edən rayonun Alpout kənd Читать далее
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə Читать далее
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət