Qüdrət Qurbanovun qurumunda BİABIRÇILIQ: Mətbuat katibi işçisini tanımadı

Qüdrət Qurbanovun qurumunda BİABIRÇILIQ: Mətbuat katibi işçisini tanımadı

Xəbər vermişdik ki, Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası idmançılarını itirə bilər. Həmin qurumun yetişdirmələri başqa bayraq altında mübarizə apara, onların şərəfini qoruya bilər.

Belə ki, Azərbaycanda heç kim olimpiya növü olan bu idmanla 18 yaşdan sonra məşğul ola bilmir. Bunun üçün böyük maneələr var. Dövlət Dəniz Agentliyinin rəisi Qüdrət Qurbanovun rəhbəri olduğu federasiya ciddi təhlükə ilə üz-üz qalıb. Bu barədə federasiyanın inzibatçısı Nurlan Abdullayev Unikal.org-a müsahibəsində bildirmişdi.

Məsələ ilə bağlı Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museybzadə açıqlama verib.

Qurum rəsmisi Unikal.org-a danışarkən N.Abdullayevi tanımadığını, elə bir işçinin olub-olmadığından xəbərsiz olduğunu deyib. O, həmçinin bildirib ki, 18 yaşı tamamlayan yelkənli qayıq sürənlərin karyerasını bitirməsi və ya ölkəni tərk etməsi doğru deyil:

"O müsahibə sizə kim verib bilmədim. Amma əslində elə deyil. Bizim federasiyada "Optimist” və "Laser” sinfi var. "Optimist” tipli qayıqlarda 16 yaşa qədər idmançılar yarışa bilir. Bu da Beynəlxalq Yelkənli İdman Federasiyası tərəfindən rəsmən təsdiq olunub. 1974-cü ildə yaranıb. "Laser” sinfi də 140-dan artıq ölkədə istifadə olunan yelkən növüdür. Eyni zamanda bizim federasiyada bu sinif üzrə hazırlanır. "Laser” tipli qayıqlardan 18 yaşdan yuxarı istənilən şəxs istifadə edə bilər. Biz bunu nümayiş etdirmişik. Bizim hətta dənizkənarı bulvarda yarışımız da oldu. Orada bizim "Laser” sinfindən olan idmançılarımız da yarışırdı. Nə edə bilərik ki, bizə böyük yaş qrupundan idmançılar qatılmayıb”.

Aygün İlqarqızı
Oxşar xəbərlər
Nazim Ağayev: “Barəmdə səslənən ittihamlar tam əsassızdır”
Nazim Ağayev: “Barəmdə səslənən ittihamlar tam əsassızdır”
Bir neçə gün bundan öncə sosial şəbəkədə Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayevlə bağlı müəyyən açıqlama Читать далее
Professor Muxtarova Əsməd İmamməmməd qızı
Professor Muxtarova Əsməd İmamməmməd qızı
Professor Muxtarova Əsməd İmamməmməd qızı 1944-cü ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Читать далее
Elnur Aslanovun KTN –dəki İdarə rəisi bu dəfə də Şəkidə aranı qarşıdırdı – NARAZILIQ
Elnur Aslanovun KTN –dəki İdarə rəisi bu dəfə də Şəkidə aranı qarşıdırdı – NARAZILIQ
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycan Читать далее
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət