General jurnalisti ağır formada təhqir etdi – Biabırçılıq » Pressdent.az

General jurnalisti ağır formada təhqir etdi – Biabırçılıq

  • 11-06-2018, 21:58
  • gundem
  • 289
General jurnalisti ağır formada təhqir etdi – Biabırçılıq


Xəbər verdiyimiz kimi, iyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

Unikal.org "Bizim Yol"-a istinadən xəbər verir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Xəbərdə Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

Məsələ ilə bağlı Bizim Yol-un əmkdaşı Əli Cahangiroğlu DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru Ərziman Əliyevlə əlaqə saxlayıb. O əməkdaşımıza bu barədə açıqlama vermək və verməmək əvəzinə onu ağır söyüşlərlə təhqir etmiş, general adına yaraşmayan halda ağır söyüş, təhqirlərini təkrar-təkrar ifadə etmişdir.

Genaral-mayor Ərziman Əliyev KİV-haqda qanunlardan xəbərsiz olduğu kimi, görünür insanları söyməyin, təhqir etməyin də cinayət olduğunu unudub.

Qeyd edək ki, Ərziman Əliyev 2004-2007-ci illərdə Qubanın icra başçısı olub.Ondan əvvəl Göyçay rayon Polis rəisi işləyən Ərziman Əliyev qohumu Ziya Məmmədovun köməkliyi ilə Qubaya icra başçısı gətirilib.Daha sonra işində yol verdiyi nöqsanlara görə Prezident tərəfindən vəzifəsindən azad olunan Əliyev bir qədər sonra hansısa sirli qüvvənin köməkliyi ilə DİN-nin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi təyin edilib.Polis general-mayorudur.

Oxşar xəbərlər
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Yusif balanın 2 yaşını babası Əhliman,Həmzə,nənəsi Nərminə xanım, atası Ceyhun,anası Aysel,əmiləri,dayıları təbrik edirlər.Bu Читать далее
TƏBRİK EDİRƏM
TƏBRİK EDİRƏM
Mədinə balamızı 2 yaşı tamam olması münasibətilə babası Arif,nənəsi Gülbəniz xanım, anası Aytən xanim, dayları Читать далее
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucarın icra başçısı narazı sakinləri dinləmək istəmədi
Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov da narazılıq yaradır. Bu barədə müraciət edən rayonun Alpout kənd Читать далее
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə Читать далее
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət