Dr.Turxan Yusifov - İnsanların sağlamlığı keşiyində

  • 23.04.2020, 12:17,
  • Gündəm
  • Baxılıb: 1 095
Dr.Turxan Yusifov - İnsanların sağlamlığı keşiyində
Dr.Turxan Yusifov - İnsanların sağlamlığı keşiyində

Hamımızın gələcək sağlamlığımızın qeydinə qalmağı özlərinə vəzifə edən şərəfli peşə sahibləri-həkimlərimiz barəsində nə qədər xoş sözlər, gözəl ifadələr işlətsək yenə də az olardı. Çünki onlar həyatdakı ən vacib, ən dəyərli nemət olan can sağlığı kimi gözəl hədiyyəni bizlərə bəxş edirlər. Bir sözlə həkimlərimiz dünyada ən nəcib ürəkli, ən saf duyğulu insanlardır. Əsl həkim Allahın xeyir duasını almış mələkdir, xilaskardır. Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət səhiyyənin qiymətli və dəyərli olduğunu anlayan, məhz elə buna görə də öz işinə hər zaman məsuliyyətlə yanaşan həkimlərimizdən biri ümumi – Kardioloq Turxan Yusifov gedir.
Ünsiyyətdə olub, daxili aləminə nüfuz etdikcə isə, bəzən elə bir zənginliklərlə qarşılaşırsan ki....
Sadə, səmimi, mehriban. Geniş ürəyə, dərin elmi zəkaya malik alim, xeyirxah insan, şəfalı əllərə Turxan həkim. Onunla danışdıqca, baxışlarından süzülən şəffaf işıq seli, zəhmət dolu tale yollarına nur saçır. O işıq selinin izi ilə addımlamaq, istəyirsən... Kardioloq Turxan Yusifovun qısa həyat təcrübəsi:
Təhsil:
1988 ci ildə Rusiya Federasiyası Saratov Tibb İnstitunun nəzdindəki HƏRBİ TİBBİ fakultəsini bitirmişdir.
İş təcrübəsi:
1988-1990 ci illərdə Zaqafqaziya Hərbi dairəsi Telavi Qarnizonunun tibb xidməti rəisi işləmişdir.
1990-2009 ci illərdə BŞTTTYS – da kardioloq vəzifəsində çalışmışdır.
2003-cü ildən etibarən DİAQNOZ TM MMC də kardioloq vəzifəsində çalışır.
Kurslar:
Azərbaycan Kardioloqlar cəmiyyəti və Avropa kardioloqlar cəmiyyətinin üzvüdür.
1992 ci ildə Ə.ƏLİYEV adına ADHTİ – da kliniki elektro-kardioqrafiya kursunu bitirmişdir.
2000-ci ildə Ə.ƏLİYEV adına ADHTİ – da funksional diaqnostika və kliniki kardiologiya kursunu bitirmişdir.
2005 – ci ildə Ə.ƏLİYEV adına ADHTİ –da kardiologiyada təxirə salınmaz hallar kursunu bitirmişdir.
2004-cü ildə Respublika Diaqnostika mərkəzində EXO-KARDİOQRAFİYA kursunu bitirmişdir.
2010 – cu ildə Türkiyə Cumhuriyyəti Ankara şəhəri Qəlb Mərkəzində EXO-KARDİOQRAFİYA kursu keçmişdir.
2011 – cu ildə Türkiyə Cumhuriyyəti Ankara şəhəri Qəlb Mərkəzində EXO-
KARDİOQRAFİYA kursu keçmişdir.
Konfranslar:
2001-ci ildə “Kardiovaskulyar xəstəliklər və Diabet” beynəlxalq simpoziumunda iştirak etmişdir.
2010-cu ildə 1-ci Bakı Ürək Günləri beynəlxalq konfransında iştirak etmişdir.
2011-cu ildə 2-ci Bakı Ürək Günləri beynəlxalq konfransında iştirak etmişdir.
2013-cu ildə 3-cü Bakı Ürək Günləri beynəlxalq konfransında iştirak etmişdir.
2014-cu ildə 4-cü Bakı Ürək Günləri beynəlxalq konfransında iştirak etmişdir.
2012-cü ildə AKC –nin 1.ci milli konfransında iştirak etmişdir.
2013-cü ildə AKC –nin 2.ci milli konfransında iştirak etmişdir.
2014-cü ildə AKC –nin 3.cü milli konfransında iştirak etmişdir.
2015-ci ildə AKC –nin 4.cü milli konfransında iştirak etmişdir.
2012-ci ildə Antalyada Türk kardioloji dərnəyinin 28-ci konfransında iştirak etmişdir.
2013-cü il Ankara- Eskişehir Türk kardioloji dərnəyinin 50 illiyinə həsr olunmuş konfransda iştirak etmişdir.
2014-cü il Antalya Türk kardioloji dərnəyinin 30-cu konfransında iştirak etmişdir.
2014-cü ildə Ə.ƏLİYEV adına ADHTİ – də Kardioplumonologianın müasir aspektləri kursunu bitirmişdir.
2015-ci London Şəhərində Avropa kardioloqlar cəmiyyətinin konqresində iştirak etmişdir.
2012-ci il AKC – nin Müasir Aritmalogiyanın actual problemləri konfransında iştirak etmişdir.
2012-ci ildə Mayo Klinikasının MKX ilə birlikdə keçirdiyi beynəlxalq konfransda iştirak etmişdir.
2014-cü ildə Azərbaycanın beynəlxalq Ürək komandasının keçirdiyi 1.ci “Updates in Congenital Heart Disease”konfransında iştirak etmişdir.
Sertifikatlar:
2011-ci ildə apardığı dəqiq müayinələrə görə “İLİN HƏKİMİ”
Sertifikatına layiq görülmüşdür.
2014-cü ildə kardiologiya üzrə sertifikasiya şəhadətnaməsi almışdır.
Müxtəlif illərdə media mükafatlarına layig görülmüşdür.
Diaqnoz Tibb Mərkəzi rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla mükafatlandırılmışdır.
Turxan Yusifovun çalışdığı müddət ərzində səhiyyə ocağının uğurlu fəaliyyətində xidmətləri böyük olmuşdur. Xəstəxanada nizam – intizama riayət edilməsi, xəstə - həkim münasibətlərinin yüksək səviyyədə olması, xəstələrə göstərilən qayğı, peşəkar həkim kadrlarının çoxluğu, müalicə və müayinələrin yüksək səviyyədə aparılması, insanların bu səhiyyə ocağına daha çox müraciət etməsinə səbəb olub.
O, rəhbərliyin kollektivin, Nazirliyin və ona üz tutan bütün insanların hörmətini qazanmış peşəkar həkimdir. Onun üçün ən böyük mükafat da məhz budur - xalqın sevgisi, hörməti. Bu, insan əməyinin əvəzsiz mükafatı - dəyəridir ki, bu dəyəri ona xalq verir.
Ömrünü sevə - sevə Azərbaycan səhiyyəsinin inkişafına həsr edən savadlı həkim gecəli – gündüzlü gərgin əməyi sayəsində çox şeylərə nail olmuşdur.
Turxan Yusifov elmi fəaliyyəti ilə bərabər , yüksək ixtisaslı gənc həkim kadrların yetişməsi kimi önəmli bir missiyanı da yerinə yetirir. Gənc həkimlər həmişə Turxan həkimin məsləhətlərindən bəhrələnirlər. Gənc həkimlərin yetişməsində peşəkar həkim kimi əlindən gələn köməkliyi əsirgəmir.
Müqəddəs peşəsi, bilik və bacarığı ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Turxan həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir.
Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Turxan Yusifovu təbrik edərək deyirik: - Həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun. Amin.
Mədəniyyət