Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir

  • 23.04.2020, 10:39,
  • ---
  • Baxılıb: 227
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.
Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.
Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Bu gün Azərbaycan Respulikasının hər yerindən qarantinlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahibkarlara kömək çağrışı ilə müraciət etmişdir. Çox sağolsunlar ki, sahibkarlar iş adamları belə bir ağır vəziyyətdə xalqımıza və dövlətimizə böyük bir dəstək olmuşlar.
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən qabaqlayıcı tədbirlər davam etdirilir.
Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyini tərəfindən xüsusi texnika vasitəsilə rayonun Buzovna qəsəbəsinin Zuğulba şosesi (R.İmanov küçəsi), R.Axundov, A.Mirzəyev, Binə qəsəbəsinin, Ə.İsazadə, Xətai, R. Məmmədhüseynov və Xəqani, Mərdəkan qəsəbəsinin, S.Yesenin, Telman və B.Əliyev, Şüvəlan qəsəbəsinin, A.İldırım, L.Starçuk, Nizami, M.Ə.Sabir, S.Vurğun, İ.Muradov və Şağan qəsəbəsinin H. Xanızadə küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılaraq, yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub.
Eyni zamanda, mütəmadi olaraq rayon ərazisindəki yaşayış binalarında, məişət tullantıları konteynerlərində və meydançalarında, məhəllələrdəki idman-əyləncə qurğularında, söhbətgahlarda, yol kənarlarında və səkilərdə, dayanacaqlarda və ticarət obyektlərinin ətrafında da dezinfeksiy işləri aparılır.
17 aprel 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Şağan qəsəbəsində yaşayan 200 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunmuşdur.
Ümumilikdə Rayon İcra Hakimiyyəti ilə yanaşı bu nəcib aksiyaya qoşulan Heydər Əliyev Fondunun sosial layihəsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi, Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlar tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 3100 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Türkan qəsəbəsində yaşayan 30 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
Bundan əlavə, "Sağlam Ailə" Tibb Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həmən ailələrə infeksiyadan qorunmaq üçün tibbi vasitələr (spirt və tibbi maskalar) və maarifləndirici çap materialları paylanılıb. Həmçinin, Xəzər rayonu üzrə fəaliyyət göstərən 26N-li BŞX-nın həkimləri üçün də 300 ədəd maska təqdim olunmuşdur.
Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan 73 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar və infeksiyadan qorunmaq üçün müxtəlif maarifləndirici materiallar paylanılıb.
Bu nəcib aksiyaya Xəzər rayonunu Milli Məclisdə təmsil edən Millət vəkilləri, YAP Xəzər rayon təşkilatı, yerli özünü idarəetmə orqanları (Bələdiyyələr), rayon üzrə fəaliyyət göstərən iş adamları və könüllü yardım edən xeyirxah insanlarda qoşulublar.
Bundan əlavə Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısınının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb. Sosial layihəyə çərçivəsində Xəzər rayon ərazisində yaşayan aztəminatlı ailələrə, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən mütəmadi olaraq ərzaq yardımları edilir.
Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları və Millət Vəkili Rauf Əliyevin qərərgahının üzvləri tərəfindən Koronavirus pandemiyasının yayılması şəraitində əhalinin ən həssas təbəqəsi olan tənha, yaşlı və ehtiyacı olan insanlara ərzaq sovqatları paylanılıb. Baş tutan sosial aksiya maddi ehtiyacı olan yüzlərlə rayon sakinini əhatə edib.
Ərzaq paylarını qəbul edən rayon sakinləri bu xeyirxah addıma görə, ölkə rəhbərliyinə və Azərbaycan dövlətinə minnətdarlığını bildiriblər.
Bundan başqa dövlət məmurlarındanda misal gətirmək olar. Onlardan Suraxanı rayon Türkan qəsəbəsinin bələdiyyə sədri Balayev Vüqar Nüsrət oğlu. O, Türkan qəsəbəsində demək olar ki, 150 ailədən çox vətəndaşların yanında olmuş və onları qida məhsulları ilə təmin etmişdir. Belə məmurları Allah qorusun və xalqımız daim onlara qürur hissi ilə təşəkkür edir. Biz də bir Pressdent.az xəbər portalı olaraq Vüqar müəllimə və onun iş kollektivinə fəxrlə təşəkkür edirik.

Mədəniyyət