Ayxan - TƏBRİK EDİRİK!

  • 26.02.2020, 15:39,
  • ---
  • Baxılıb: 185
Ayxan - TƏBRİK EDİRİK!
Bakı şəhəri, Nəsimi rayonu, Ağabəy Novruzbəyov adına 46 saylı tam orta məktəbin 7b sinif şagirdi Şahvələdli Ayxanı ad günü münasibəti ilə sinif rəhbəri başda Fatimə xanım Əliyeva olmaqla, sinif yoldaşları, atası Rahim müəllim, anası Gülnar xanım, nənələri Pakizə müəllimə, Sahibə xanım, əmiləri, bibiləri və onu sevənlər ürəkdən təbrik edir, ona dərslərində uğurlar, möhkəm can sağlığı arzulayırlar.

Gətirdin atana əbədi şöhrət,
Sən verdin anana sonsuz səadət.
Tanrıdan gəlmisən bir şirin qismət,
Sənsən dünyam, cahanım,
Şirin balam Ayxanım.

Yaxşı öyrən dərsini,
Elmin, kamalın olsun.
Haqqa söykən həmişə,
Atan idealın olsun.
Sənsən dünyam, cahanım,
Şirin balam Ayxanım.

Ayan sənə bir bacı,
Başımın qızıl tacı.
Hər dərdimin əlacı,
Sənsən dünyam, cahanım,
Şirin balam Ayxanım.

Qoy, arzular çin olsun,
Uşaqlar xoşbəxt olsun.
Sizi Allah qorusun,
Sənsən dünyam, cahanım,
Şirin balam Ayxanım.

Mədəniyyət