Müstəqilliyə gedən yolda xalqımızın Şərəf və Qəhrəmanlıq səlnaməsi - 20 yanvar

  • 24.01.2020, 09:33,
  • Gündəm
  • Baxılıb: 234
Müstəqilliyə gedən yolda xalqımızın Şərəf və Qəhrəmanlıq səlnaməsi - 20 yanvar


İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa, onu bu müqəddəsliyə bağlayan yer isə Vətən torpağıdır. Çünki ana öz övladını onun özü üçün də müqəddəs olanVətən torpağında dünyaya gətirir.Vətən bizim şöhrətimiz,qeyrətimiz, ülviyyətimizdir. İnsan üçün ən ümdə şey Vətən torpağının azadlığı, müstəqilliyidir. Azadlıq, müstəqillik heç kimə xoşluqla verilmir. Xoşluqla verilən azadlığın qədri bilinməz. Azadlıq qanla, canla qazanılır, qorunur və gələcək nəsillərə əmanət verilir. Azərbaycan xalqı da illərlə, əsrlərlə azadlıq uğrunda mübarizə aparmışdır. Və bu mübarizələr qansız-qadasız keçməmiş, əzab-əziyyətsiz olmamışdır.
1990-cı il yanvar ayının 20-də Azərbaycan torpağı göz yaşına bələndi, dünyanı göz yaşı ilə islatdı. Başdan ayağa qədər silahlanmış "rus ordusu" Bakıya girərək dinc əhalini, əliyalın insanları gülləbaran etdi. Bu tarix –Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olundu. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalqı hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğul və qızları bu yolda şəhid olaraq gələcək nəsillərə həqiqi istiqlal bəxş etdilər.
Onları meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri azadlıq duyğusu, Vətən torpağının bütövlüyünü, toxunulımazlığını qorumaq və təmin etmək arzusu idi. Bu qeyrətli oğul və qızlar Vətən yolunda canlarından keçdilər, qazandıqları isə bütün xalqın məhəbbəti oldu. Onlar paytaxtımızın Dağüstü park kimi tanınan ünvanını özü boyda möhtəşəm, müqəddəs məzara-Şəhidlər xiyabanına çevirdilər. Bu ünvan xalqımızın and yeri, qibləgahı, səcdəgahı oldu. Bu yer azadlıq və müstəqillik uğrunda canlarını qurban verənlərin ziyarətgahına çevrildi.
O faciəli və qürurverici tarixdən bizi 30 il ayırır.
XX əsrin sonu bizə heç gözləmədiyimiz halda müharibə, acı, kədər, dəhşət gətirdi, atasız qalmış övladların, oğulsuz qalan anaların fəryad səslərini eşitməli olduq. Torpaqlarımız işğal olundu, günahsız, əliyalın oğul və qızlarımız qurban getdi. Bizi əzməyə, sındırmağa çalışsalar da bunu bacarmadılar.
Bizim, eləcə də bizdən sonra gələcək nəsillərin yaddaşından silinməyəcək bir söz vardır ki, bu da "şəhidlər" kəlməsidir.
Deyirlər ki, "Şəhidi olan xalq irəlini daha yaxşı görər".
Şəhidlər - bu günümüzün qeyrət salnaməsi, ölümləri ilə ölümsüzlüyə qovuşan el igidləri, Vətən qızlarıdır. İndi bu cəsur insanlar Dağüstü parkda, "Şəhidlər xiyabanı "nda uyuyur. Bu yer indi xalqımızın and yeri, səcdəgahıdır.
Hər il 20 Yanvar faciəsinin ildönümü günündə Şəhidlər xiyabanı al qırmızı qərənfillərlə gül yağışına qərq olur. Uşaqdan böyüyə kimi hər kəs -bütün Azərbaycan xalqı bu gündə Şəhidlər xiyabanını cəmi müsəlmanların əbədi məbədgahına çevrilən Məkkə və Mədinə kimi ziyarət edirlər.
Hələ bu qanlı faciənin törədildiyi vaxt rus yazıçılarından biri belə bir ifadə işlətmişdir:
" İnanmıram ki, dünyada öz milli qəhrəmanına azərbaycanlılar kimi belə bir məhəbbətlə ehtiram bəsləyən başqa bir xalq olsun ".
Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərin daim yaddaşlarda qalması, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə – şəhid ailələri, məcburi köçkün və qaçqın ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil.
Hələ 2010-cu ildə 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında iştirakı zamanı Prezident İlham Əliyev bu hadisə haqqında demişdi: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu”.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 30 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda daha geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir. Bu tədbirlərin keçirilməsində dövlətin dəstəyi və təşkilatçılığı ilə görülən işlər danılmazdır.
Ümumiyyətlə, Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən yardım və güzəştlər edilir. Məlum olduğu kimi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda dövlət sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün daha böyük imkanlar yaradıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilib. Belə ki, respublikanın müxtəlif rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.
Vaxt gələcək hələ ömrümüzün yaşanmamış illərində indi işlətdiyimiz "müharibə, qaçqın, didərgin" kəlmələri dilimizdə az-az səslənəcəkdir.
Mən bütün varlığımla inanıram ki, Vətənimizin başı üzərində dolaşmaqda olan qara buludları qovacağımız torpaqlarımızı yağı düşmənlərdən xilas edəcəyimiz gün uzaqda deyil. Və inanıram ki, Azərbaycan övladı " İntiqam! " –deyərək ayağa qalxacaq , düşməndən oğul itirmiş ata-anaların, həyat yoldaşını itirmiş gəlinlərimizin, atasız qalan uşaqların qisasını alacaqdır. Uzun illər başı bəlalar çəkən Azərbaycanımızın vahidliyi, müstəqilliyi uğrunda onun hər bir övladı canını qurban verməyə hazırdır. Budur Vətən övladının məqsədi, amalı.
Qoy vətənim Azərbaycan ağlamasın, dərd çəkməsin. Çünki onun qəhrəman övladları xalqın xoşbəxt gələcəyi naminə canlarından keçmişlər. İndi hər bir azərbaycanlı lazım gələn anda xalq yolunda şəhidliyin zirvəsinə ucalmağa hazırdır.
Öz mərd ölümləri ilə torpaqlarımıza azadlıq toxumu səpən şəhidlərimizin əziz xatirəsini xalqımız illər ötsə də həmişə qəlbində yaşadacaq, onları əbədi bir xatirə kimi yad edəcəkdir.
Vətən yolunda şəhid olan qəhrəmanların xatirəsi əbədidir.

Manaf Səlim oğlu Səmədzadə
Yardımlı rayon Təhsil Şöbəsinin müdiri
  • Нравится
  • 0
купить воздушные шары с доставкой

----

Вот о чем я вам хотел сказать сейчас

----


Сроки вывода средств с Slots City

----

Много вариантов займов

----


взять займ онлайн
действия
Mədəniyyət