Səlim Müslümovun erməni ilə dost olan işçisi niyə cəzasız ?

Səlim Müslümovun erməni ilə dost olan işçisi niyə cəzasız ?
Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevin erməni Qriqorla yaxın münasibətləri bəzi mətləblərdən xəbər verir Son vaxtlar erməni qəsbkarlarının cəbhə xəttində törətdiyi təxribatlar ölkəmizdə düşmən ölkəyə qarşı nifrəti daha da artırıb. Belə bir həssas dönəmdə təbii ki, hamımız bir olmalı, Ali Baş Komandanın ətrafında sıx birləşməli və onun əmri ilə düşmənə layiqli zərbə endirməyə hazır olmalıyıq. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, Azərbaycanda yaşayan, burda işləyən və bu ölkənin çörəyini yeyən bəzi şəxslər əbədi düşmənimiz olan ermənilərlə dostluq əlaqəsi saxlayır. Gundelik-baku.com-un əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevlə bağlı maraqlı məlumatlar əldə edib. Xatırladaq ki, bir neçə ay öncə Salam Rzayevin erməni dostu ilə çəkdirdiyi şəkili yayımlamışdıq. Onun yanındakı şəxs milliyyətcə erməni olan Qriqordur. Fotoya baxanda məlum olur ki, Salam Rzayev erməni Qriqorla kifayət qədər yaxın münasibətdədir. Məlumatlı şəxsin sözlərinə görə, milliyyətcə erməni olan Qriqor ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin sosial yardımların təşkili sektorunun müdirinin əsgər yoldaşı olub. Qriqor radikal millətçidir. Belə ki, o, Daşnaqsütyun partiyasının fəal üzvlərindəndir. Bundan başqa, o, birinci Qarabağ savaşında döyüşlərdə iştirak edib və əlləri onlarla Azərbaycan oğlunun qanına batıb. Deyilənlərə görə, Salam Rzayev hələ də onunla əlaqə saxlayır, sosial şəbəkələr vasitəsi ilə yazışır, hal-əhval tutur. Biz bu məsələ ilə bağlı dəfələrlə yazı dərc etsək də, nazirliyin rəhbər şəxsləri hələ də susurlar. Maraqlıdır niyə? Nəyə görə erməni ilə dostluq münasibəti saxlayan şəxs vəzifədə qalmalıdır? Məgər ƏƏSMN rəhbərliyi ermənilərin cəbhədə hansı təxribatları törətməsini bilmir? Bizə çatan məlumatlara görə, başı erməni Qriqorla yazışmalara qarışan Salam Rzayev səlahiyyətinə aid olan işləri istənilən səviyyədə icra edə bilmir. Sektor müdirinin heç kimdən çəkinmədiyi, vətəndaşlara yardım almağın başqa üsulların müqabilində mümkün olduğunu dediyi bildirilir. İddialara görə, sektor müdiri indiyə qədər neçə-neçə ünvanlı sosial yardım almaq hüququ olan vətəndaşları əliboş yola salıb və özünü elə aparır ki, sanki sektor müdiri yox, xidmətin rəisidir. Həmçinin deyilənlər sırasında sektor müdirinin ölkə ərazisində hansı ailələrin sosial yardım alacağına müstəqil qərar verməsi də yer alır. Bir sözlə, vətəndaşlar bu gün Salam Rzayevin işindən, aztəminatlı ailələrə yaşatdığı problemlərdən şikayətçidirlər. Xidmət rəisi Çingiz Əliyev isə bu kimi məlumatların üzə çıxmasına baxmayaraq, hələ də susqunluq nümayiş etdirir. Biz isə hesab edirik ki, belə bir dönəmdə erməni dostu ilə sıx əlaqələr saxlayan Salam Rzayevin vəzifədə qalması ciddi təhlükədir. Çünki bu adam hər an Azərbaycan haqda bir sıra bilgiləri Qriqora ötürə bilər. Odur ki, nazirliyin rəhbər işçiləri bu şəxsin barəsində dərhal ölçü götürməlidir. Əks təqdirdə, daha böyük problemlər üzə çıxa bilər. Araşdırmalarımız davam edir. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət