İbrahim Cəfərovun da üzü döndü: «Diplom işi»nə 500 manat - təfsilat

İbrahim Cəfərovun da üzü döndü: «Diplom işi»nə 500 manat - təfsilat

ADAU-nun rektorunun siyasi məsələlərə yanaşması alimə, ziyalıya xas olmayan cəhətləriylə diqqəti çəkir

Azərbaycan Dövlət Aqrar Universitetində yeni proses başlayıb. Qarşıdan gələn imatah sessiyası ilə əlaqədar olaraq yığım prosesinə start verən rektor İbrahim Cəfərov, artıq təlimatları dekanlara, dekanlar isə müəllimlərə çatdırıblar.

Politika.Az xəbər verir ki, ADAU-nun tələbələrinin oxuyub, oxumamasından asılı olmayaraq, sonuncu kursu bitirənlərdən pul tələb edilir. Bu barədə məlumat verən valideynlərdən biri bildirib ki, onun oğlu bu il universiteti başa vurur. Bu səbəbdən də «Diplom İşi»nin müdafəisinə görə, ondan 500 manat pul tələb edirlər.
Onun sözlərinə görə, övladı əlaçıdır və istənilən imtahandan sərbəst keçmək imkanı var. Lakin buna baxmayaraq, müəllimi ona çatdırıb ki, bəs, «İbrahim müəllim dedi ki, bu günə qədər ona güzəşt olunub. İndi isə oxuyub, oxumamağından asılı olmayaraq, 500 manat pul verməlidir». Ardından isə ondan 550 manat tələb edib ki, bunun da 500 manatının İbrahim Cəfərliyə, 50 manatının isə özünə çatadağını vurğulayıb.

Politika.Az xəbər verir ki, İbrahim Cəfərovun adı mütəmadi olaraq qalmaqallara qarışır. Xüsusən də onun sabiq spiker Rəsul Quliyevlə yaxın olduğuna dair iddialar var. Həmin məlumatlarda vurğulanır ki, rektor xeyli əvvəl sabiq spikerlə yaxın olub və bu gün də onun adamlarına universitetdə xeyli imkanlar yaradıb. Hətta bir müddət əvvəl ADAU-da keçirilən dekan seçkiləri zamanı təyinat alanlardan birinin Rəsul Quliyevin xas adamı olduğu deyilir.

Maraqlı məqamlardan biri odur ki, İbrahim Cəfərov bu barədə məlumat yayıldıqdan sonra mətbuata məhkəməyə verəcəyi ilə hədələsə də, sonradan bu istiqamətdə heç bir addım atmadı. Səbəbi bu günə qədər bəlli olmayan bu yanaşmanın nəyə bağlı olduğu da bilinmir. Amma reallıq ondan ibarətdir ki, ADAU rektoru Facebookda aktivdir və onun 4000 dostu arasında 3000-ə yaxını elə müxalifət düşərgəsinin nümayəndələridir. Düzdür, bu yaxınlarda məsələ mətbuata çıxan kimi, İbrahim Cəfərov təcili olaraq həmin müxalifətçiləri dostluğundan ya çıxarıb, ya da blok qoyub. Dostları ondan atdığı addımın səbəbini soruşduqda isə vurğulayıb ki, bəs, hərənin öz yolu var. Ardından da «Mən Əliyevçiyəm» söyləyib.

Maraqlıdır, bu günə qədər Facebookda 3000 dostu müxalifətçi olan Cəfərov, həmin vaxt Əliyevçi olmayıb? Bəlkə, mətuat yazdıqdan sonra tövbə edib, Əliyevçi olub? Ümumilikdə götürdükdə virtual aləmdə müxalifətçi ilə hakimiyyət tərəfdarlarının dost olub, olmaması müzakirə predmet iola bilməz. Üstəlik, Azərbaycanda belə bir tendensiya da yoxdur. Məsələn, mərhum liderimiz, Ulu Öndər Heydər Əliyev nəinki sabiq prezident Əbülfəz Elçibəylə görüşüb, öpüşüb, hətta o dünyasını dəyişəndə dəfnində iştirak edib. Məgər, YAP-çı deputat Aydın Mirzəzadə müxalifətçi deputat İkram İsrafilin oğlunun toyunda iştirak etməyibmi? Və ya müxalifət partiyalarının başında duran Sabir Rüstəmxanlının oğlu nəqliyyat naziri Ziya Məmmədovla qohum olmayıbmı?

Qeyd edək ki, alim, ziyalı olan İbrahim Cəfərovun bu yanaşması onun statusuna yaraşmayandır. Çünki bir ziyalı və alim üçün iqtidar və ya müxalifət anlayışı olmamalıdır. Onlar cəmiyyətə ümumi baxmalı, onları siyasi əqidəsinə, baxışına görə, insanlara qiymət verməməlidir. ADAU rektorunun yanaşmasından belə bir məntiqi nəticə çıxır ki, sabah ən qatı müxalifətçinin övladı onun təmsil etdiyi təhsil ocağında təhsil alarsa, min bir bəhanə ilə oradan çıxarılacaq. Bu nə dərəcədə doğru haldır?

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir

pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət