Komitə sədri məcburi köçkünlərlə niyə görüşməkdən qaçır? - İDDİA

Komitə sədri məcburi köçkünlərlə niyə görüşməkdən qaçır? - İDDİA

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov ya yaşlanmasından dolayı, ya da işini bacarmaması səbəbindən vəzifəsininin öhdəsindən gələ bilmir. Politika.Az xəbər verir ki, faktiki olaraq məcburi köçkünlər ümidlərini komitəyə deyil, başqa qurumlara bağlayıblar. Çünki Əli Həsənovdan onlara haray olacağını gözləmirlər. Qeyd edək ki, aprelin əvvəlində Qarabağ cəbhəsində yaşanan gərginlikdən dolayı əksər nazirlər və komitə sədrləri cəbhə xəttinə yaxın rayonlara baş çəkərək, əhali ilə görüşüb, onlara dəstək verməyə çalışıblar. Bu sırada bir çox nazirlərin və dövlət qurumlarının rəhbərlərinin adını çəkmək olar. Lakin maraqlıdır ki, qaçqınların problemləriylə məşğul olan Qaçqınkomun sədri Əli Həsənov bu günlər ərzində özünə əziyyət verərək, cəbhə bölgəsinə gəlmədi. Gəlməməyi bir tərəfə, onlara mənəvi cəhətdən heç bir dəstək də verməyib. Bunun konkret olaraq bağlı olduğunu demək olduqca çətindir. Ona görə ki, Əli Həsənovun bu addımının arxasında hansı maraqların dayandığını proqnozlaşdırmaq və ya təxmin etmək kifayət qədər mümkünsüz görünəndir. O səbəbdən də komitə sədrinin konkret olaraq hansı məqsədinə nail olmaq istədiyini yalnız ehtmallar əsasında müəyyənləşdirmək mümkündür. Politika.Az xəbər verir ki, məcburi köçkünlər və qaçqınlar artıq Əli Həsənova etimadlarını itirdiklərini deyirlər. Onlar bildirirlər ki, müharibənin ən qızğın vaxtlarında Həsənovun zəhmət çəkərək, qaçqınların qarşısına çıxmaması da bir ayrıca eyib olaraq qəbul ediləndir. Bu səbəbdəndir ki, insanlar artıq qurumla bağlı şikayətlərini birbaşa dövlət rəhbərliyinə göndərəmyə başlayıb.
pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət