Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər

  • 15.05.2019, 13:49,
  • Hadisə
  • Baxılıb: 192
Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər




Xəzər rayonu Binə qəsəbəsi, "Bakovtomat" yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.

Beş.az oxu.az-a istinadən xəbər verir ki, sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.

Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.

Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də "Azərsu" ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Mədəniyyət