İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə

  • 14.05.2019, 20:59,
  • Dünya
  • Baxılıb: 144
İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə


Şiraz şəhərindən Tehran istiqamətində uçan sərnişin təyyarəsi Şiraz aeroportunda təcili eniş edib.

BEŞ.AZ Trend-ə istinadən bildirir ki, aeroportun ictimai əlaqələr şöbəsinin rəsmisi Ehsan Ostovarinin sözlərinə görə, Vareş hava yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi texniki nasazlıq yarandığına görə aeroporta geri qayıdıb.

O, təyyarənin göyərtəsindəki 141 sərnişin və ekipaj üzvlərindən xəsarət alanların olmadığını deyib. Sərnişinlər başqa təyyarə ilə Tehrana göndəriləcək.
Mədəniyyət