İki nəfəri timsah parçaladı - FOTO

  • 10.05.2019, 09:18,
  • Dünya
  • Baxılıb: 169
İki nəfəri timsah parçaladı - FOTO


Keniyanın Homa-Bey şəhərində iki nəfər timsahlar tərəfindən parçalanıb.

Beş.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Standart Media" portalı məlumat yayıb.

Bazar günü Kennedi Onyanqo adlı doqquz yaşlı uşaq Viktoriya gölündə paltarını yumağa çalışıb. Şahidlərin sözlərinə görə, elə bu an timsah hücum çəkərək, onu suya aparıb.

Yerli sakinlər həyəcan qaldırıb, qayıqlarla göldə uşağın meyitini tapmağa çalışıblar.

Axtarışlar zamanı başqa bir sakin də faciəvi şəkildə həyatını itirib. Qayıqdan suya düşdükdən sonra anidən peyda olan timsah onu parçalayıb. Kişinin qalıqları bir neçə saatdan sonra balıqçılar tərəfindən aşkarlanıb və yerli morqa yerləşdirilib.

Uşağın meyitinin axtarışları isə hələ də davam edir.
Mədəniyyət