Moskvada 9 may paradı keçirildi - VİDEO

  • 09.05.2019, 15:26,
  • Dünya
  • Baxılıb: 191




Rusiyanın paytaxtı Moskvada - Qızıl meydanda Böyük Vətən Müharibəsinin 74-cü qələbə günü münasibətilə yürüş keçirilir.

BEŞ.AZ 9 may 2019-cu il Bakı vaxtı ilə saat 11.00-da başlanan yürüşü canlı təqdim edir:

Ənənəyə uyğun olaraq, parada tamaşa etmək üçün xarici dövlətlərin rəsmi şəxsləri və liderləri Rusiyanın paytaxtına gəliblər.

Təntənəli mərasim başlanmazdan əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirakçılara təbrik müraciətilə çıxış edib.

Paradı ölkənin daxili işlər naziri - general-mayor Sergey Şoyqu idarə edir.

Bu il paradda 13 min hərbi qulluqçu iştirak edir. Onların ardınca 130 sayda hərbi texnikanın yürüşü başlayacaq.

Daha sonra paytaxtın üzərində hərbi aviasiyanın uçuşu nümayiş etdiriləcək.

Bu il paradda qələbənin 74-cü ildönümü şərəfinə 74 uçuş aparatı hərəkətə gətiriləcək.
Mədəniyyət