İndoneziyada güclü daşqınlar - 10 ölü

  • 28.04.2019, 18:55,
  • Hadisə
  • Baxılıb: 180
İndoneziyada güclü daşqınlar - 10 ölü


İndoneziyanın Benkulu əyalətində daşqın nəticəsində 10 nəfər ölüb, 8 nəfər itkin düşüb.

BEŞ.AZ Trend-ə istinadən bildirir ki, leysan yağışlar səbəbindən bölgədə bir neçə çay daşıb, ətraf əraziləri su basıb.

Təbii fəlakət nəticəsində həmçinin torpaq sürüşmələri baş verib, əyalətin digər rayonlarla əlaqəsi kəsilib.

Qubernator xilasedicilərin əhalini təxliyə etdiyini bildirib.
Mədəniyyət