Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR VİDEO FOTO

  • 28.04.2019, 09:19,
  • Hadisə
  • Baxılıb: 382
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - YARALILAR VAR  VİDEO FOTO



Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.

BEŞ.AZ xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.


Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb.

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib











Mədəniyyət