GƏNCƏ şəhərinin qabaqcıl və nümunəvi repititor müəllimlərini hamımız tanıyaq

  • 23.02.2024, 09:55,
  • Gündəm
  • Baxılıb: 17
İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxmdan, müəllimlik, sözün əsl mənasında, çox şərəfli peşədir, məsuliyyətli vəzifədir. Belə qabaqcıl və məsuliyyətli peşədə Gəncə-Göygöl repetitor müəllimlərə övladlarınızın təhsili üçün güvənə bilərsiniz. Müəllimlərimiz Rəhimov Cavid, Məmmədova Səidə, Zəki Əliyev, Mehdiyeva Xanım, Zeynalov Zəfər, Gülnar Sadiq, Emin Hüseynov, Əhmədov Tahir, Verdiyeva Almaz, Verdiyev Tacəddin, Kərimova Tahirə və Əliyeva Aynur və s. Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olub. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirən müəllimlərdir. Bu və ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd ediblər. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır: müəllim və şagirdlər həmişə olub, qətiyyətlə deyə bilərik ki, zamandan asılı olmayaraq, daim də olacaq. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün də hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur.
GƏNCƏ şəhərinin qabaqcıl və nümunəvi repititor müəllimlərini hamımız tanıyaq
Mədəniyyət