Kərbəla şəhərində İran konsulluğuna hücum zamanı üç nəfər öldürülüb

  • 4-11-2019, 14:06
  • dunya
  • 12
Kərbəla şəhərində İran konsulluğuna hücum zamanı üç nəfər öldürülüb


İraqın Kərbəla şəhərində yerləşən İran konsulluğuna hücum edilib, ölənlər və yaralananlar var.

AZƏRTAC Noon agentliyinə istinadla xəbər verir ki, bu barədə Kərbəlanın tibb müəssisələrindən bildiriblər.

Məlumata görə, ötən gecə bir qrup şəxs qrup konsulluq ərazisində daxil olmağa cəhd edib. Diplomatik nümayəndəliyi qoruyan təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində üç nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Xəsarət alanlardan 17-sinin güc strukturlarının əməkdaşları olduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Bağdadda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.
Oxşar xəbərlər
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət