Azərbaycanlı dayə türkiyəli siyasətçinin xanımını qarət etdi

  • 12-04-2019, 23:03
  • dunya
  • 76
Azərbaycanlı dayə türkiyəli siyasətçinin xanımını qarət etdi
Azərbaycanlı dayə vəfat etmiş siyasətçi və kinorejissor Osman Yağmurderelinin həyat yoldaşı Eşin Yağmurderelinin evini qarət edib.
Ntv.com.tr portalının məlumatına görə, azərbaycanlı qadın üç gün əvvəl həmin evə işə düzəlibmiş.

O, Yağmurderelinin çayına yuxu dərmanı qatdıqdan sonra əməlini həyata keçirib.

Qadın evdən qızıl-zinət əşyalarını və Osman Yağmurderelinin şəxsi əşyalarını oğurlayaraq, Azərbaycana qayıdıb.

E.Yağmurdereli qadını dayə şirkətlərindən birindən çağırdığını deyib və insanlara bu zaman diqqətli olmalarını tövsiyə edib.

Qeyd edək ki, O.Yağmurdereli 11 il əvvəl vəfat edib. (Oxu.az)
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət