Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO

Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO


11 may 2019-cu il tarixində Praqa şəhərində Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyinin təşkilatçılığı və "City Building" şirkətinin sponsorluğu ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında 5-ci ənənəvi beynəlxalq şahmat turniri təşkil olunub.

Beş.az Trend-ə istinadən bildirir ki, turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak edib.

Turnirin açılışında Azərbaycan Respublikasının Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edib.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də iştirak edib. O, çıxışında sözügedən turnirin əsasının özünün Çexiyada səfir kimi fəaliyyət göstərdiyi dövrdə qoyulduğunu və mütəmadi şəkildə keçirildiyini, bu ənənənin artıq uzun illər davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Mədəniyyət