Akif Bədəlovun oğlu 150 minlik maşınlarda gəzir - ŞOK FAKTLAR

Akif Bədəlovun oğlu 150 minlik maşınlarda gəzir - ŞOK FAKTLAR


Agentlik rəhbəri dövlətin milyonlarını sahib olduğu tikinti şirkətinə "axıdır".

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovla bağlı yeni məlumatlar yayılıb. MilliYol.Az xəbər verir ki, bu dəfəki xəbərlər onun keçmiş MTN rəhbərliyi ilə əlaqələri, şəxsi biznesi, oğlunun lüks həyat tərzi və ona məxsus "Xəzər-İnşaat" şirkəti ilə bağlıdı.

Bununla bağlı mənbə bildirir ki, Akim Bədəlovun sabiq MTN vəhbəri Eldar Mahmudov və hazırda həbsdə olan Akif Çovdarovla yaxın əlaqələri olub. Hətta bu əlaqələrdən istifadə edərək bacısı oğlu Pərviz Vəliyevi MTN-də yüksək vəziyəyə təyin etdirməyə nail olub. Bu həmin Pərviz Vəliyevdir ki, MTN-nin Hava Limanı İdarəsinin rəisi işləyib. MTN-dəki qrup ifşa olunundan sonra onun işdən çıxarılması və həbs olunması barədə xəbərlər yayılmışdı. Həmin vaxt "Yeni Musafat" qəzeti yazırdı ki, Pərviz Vəliyevin işdən çıxarılması və saxlanılması Azərbaycandan qanunsuz və gizli şəkildə çıxarılan milyonlarla dollar vəsaitlə bağlıdır. Pərviz Vəliyevin qardaşı olduğu bildirilən Rizvan Vəliyev isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansındakı Azalternativenerji” MMC-nin direktorudur.

Akim Bədəlov həmin vaxtlar MTN rəhbərliyinin köməkliyi ilə özünün birbaşa tabeçiliyində olan “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzinin böyük lahiyyələrdə iştirakını təmin etməklə məşğul olub. Adı çəkilər müəsissə vasitəsi ilə milyonluq layihələrdə podratçı təşkilat kimi iştirak edən Akim Bədəlov görülən işləri bir neçə dəfə şişirtməklə hər il külli miqdarda vəsaitlər əldə edib. İddia olunurdu ki, MTN rəhbərliyi Akim Bədəlovu ilk əvvəl ARDNŞ-də yüksək vəzifəyə yerləşdirmək istəyib. Həmin plana görə, o, öncə idarə rəisi, qısa müddətdən sonra isə Rövnəq Abdullayevin müavini olmalı idi. Lakin Mahmudov komandasının bu planı lazımı səviyyədə almayıb. ARDNŞ sevdasından vaz keçən Akim Bədəlov bu dəfə həmin vaxtlar Sənayə və Energetika nazirliyi olan quruma nazir müavini vəzifəsinə getmək sevdasına düşür. Lakin bu istəkdə alınmır. Məhz Eldar Mahmudov komandasının sayəsində 2012-ci ildə yaradılan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə keçən Akim Bədəlov istəyinə çatıb.

Ötən ilin sonlarında yayılan məlumatlarda həmçinin bildirilirdi ki, Akim Bədəlov "MTN işi"nə görə istintaqa cəlb olunub. Lakin sonradan o, hansısa yolla istintaqdan canını qurtara bilib.



* * *

MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri dövlət orqanının həyata keçirdiyi əksər layihələri özünün "Xəzər" şirkətinə verib. Təkcə 2014-cü ildə layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Bu gün Akim Bədəlovun ailəsinin nəzarətində olan "Xəzər" Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir.

Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət vermir.

Akim Bədəlovun şirkəti Milli Sağlamlıq Mərkəzinin tikintisini də həyata keçirib. Bildirilir ki, agentlik sədri mərkəzin tikintisinə ayrılan pulları göyə sovurub. Heydər Əliyev prospektində tikilən Milli Sağlamlıq Mərkəzi 2015-ci ildə təhvil verilməli olsa da, ölkənin ən iri tibb ocağının inşası uzun müddət yubanıb. Bu da ölkə rəhbərliyinin Bədəlova olan etimadını itməsi ilə nəticələnib.

Qeyd edək ki, "Xəzər"in yaradıcısı mərhum akademik Tofiq İsmayılov olub. Akademik vertolyot faciəsində dünyasını dəyişəndən sonra Akim Bədəlov sənədləri saxtalaşdıraraq "Xəzər"i ələ keçirib. Hazırda Tofiq İsmayılovun ailəsi ilə Akim Bədəlov arasında "Xəzər" uğrunda mübarizə gedir. Tofiq İsmayılovum xanımı Lalə İsmayılova bir neçə dəfə məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib.

Milli Sağlamlıq Mərkəzinə gəlincə, iddialara görə, layihəyə ayrılan maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsi qaranlıq məqsədlərə xərclənib. Bu baxımdan layihəni başa çatdırmaq mümkün olmayıb. Bildirilir ki, hətta işçilərə belə əmək haqqı verilmir. Bu da ciddi narazılığa səbəb olub. Məlumata görə, Akim Bədəlov işə götürdüyü çox sayda işçi ilə müqavilə bağlamayıb. Sonradan isə onlara vəd olunan pullar ödənməyib. Bu səbəbdən də işçilər prezident İlham Əliyevə şikayət məktubu yazıb.



* * *

MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin varidatın milyonlarla manatla ölçülür. O,bu pulları bu günə qədər həyata keçirdiyi qanunsuz layihələrdən, dövlətin rəhbərlik etdiyi quruma ayırdığı vəsaitin mənimsənilməindən və "Xəzər" şirkətindən qazanıb.

Qeyd olunur ki, Göygöl, Şamaxı, Qax və Quba rayonlarında yay evləri, villaları, Samux rayonunda hektarlarla torpaq sahələri və mal qara fermaları, Bakıda 10 dan çox evi, Novxanıda dəniz kənarında milyonluq villası var. Onun həmçinin İstanbul və Londonda mənzilləri, Türkiyədə böyük biznesinin olduğu da qeyd olunur.

Akim Bədəlovun oğlu Aqşin Bədəlov da atası qədər məşhurdur. İddialara görə, gecə həyatına alüdəçiliyi ilç seçilən oğul Bədəlov tez-tez dünyanın ən bahalı məkanlarına istirahətə yollanır. Aqşin Bədəlovun dünyanın ən bahalı avtomobillərə sahib olduğu, ən ucuz maşınının 150 min dollar olduğu deyilir.

O da bildirilir ki, Akim Bədəlov ötən ilki devalvasiyalardan sonra ölkədəki danışmaz əmlakının bir hissəsini satışa çıxarıb əldə olunan vəsaiti müxtəlif yollarla xaricə daşıyıb. Deyilənlərə görə, bu işdə ona bacısı oğlanları "Azalternativenerji" MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyev yaxından köməklik göstərib. Bundan sonra Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Türkiyəyə və Avropa ölkələrinin birində turizm şirkəti yaradıb, onun idarəsini isə yaxınlarına həvalə edib. Bütün bunlar onu deməyə əsas verir ki, Akim Bədəlov rəhbərlik etdiyi qurumu şəxsi obyektinə çevirib və bu yolla külli miqdarda gəlir əldə edir.


pressdent.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı ümummilli Читать далее
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan nazirə müraciət: Təhsilin qəniminə çevrilən Hafiz Cavadov şeytana PAPIŞ TİKİR
Cəlilabaddan gənc müəllim təhsil naziri Ceyhun Bayramova müraciətində Rayon Təhsil Şöbəsi müdirinin fəaliyyətindəki Читать далее
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət