Hacıqabulda narkotacir saxlanılıb

Hacıqabulda narkotacir saxlanılıb
Hacıqabulda “Sibiryak” ləqəbli narkotacir saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Səmədov Vüqar İlqar oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ondan 31 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq saxlanılan şəxsin yaşadığı M.F.Axundov küçəsi 43 ünvanında kultivasiya yolu ilə əkilib-becərilən çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət