Baş redaktor təhqir olunan əməkdaşına görə Zakir Qaralova müraciət etdi

Baş redaktor təhqir olunan əməkdaşına görə Zakir Qaralova müraciət etdi


Generalla bağlı Əflatun Amaşovdan reaksiya: "Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır"

"Bizim Yol" qəzetinin və bizimyol.info xəbər saytının təsisçisi və baş redaktoru Bahəddin Həziyev təhqir olunan əməkdaşına görə, Azəbaycan Respublikasının Baş prokuroru, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova müraciət göndərib.
Unikal.org xəbər verir ki, müraciətdə yazılır: "Hörmətli cənab Baş prokuror! Məlum olduğu kimi, 2018-ci il iyun ayının 2-də güclü sel suları Göyçay çayı üzərində avtomobil körpüsünün bir hissəsini yumuş, nəticədə körpü qismən uçmuşdu. Bununla bağlı olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanmış, Qasımov Nazim Səfər oğlu və Əliyev Nəcməddin Mikayıl oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərərk barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətiimkan tədbiri seçilmişdir. Bununla bağlı unikal.org saytında dərc olunmuş xəbərdə bildirilidi ki, Nəcməddin Mikayıl oğlu Əliyev Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin keçmiş rəisi, polis general-mayoru, Quba rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ərzuman Əliyevin qardaşıdır.
Bu məlumatın doğruluğunu yoxlamaq məqsədilə rəhbərlik etdiyim "Bizim Yol" qəzetinin və bizimyol.info xəbər saytının xidmət müqaviləsi əsasında əməkdaşlıq edən müxbiri, Əli Cahangiroğlu imzası ilə yazan Vəliyev Əli Cahangir oğlu 08 iyun 2018-ci il tarixdə Ərzuman Əliyevə zəng etmiş, ona KİV haqqında qanunvericiliyin və peşə etikasının tələblərini pozmadan Nəcməddin Əliyevin onun qardaşı olub-olmaması haqqında məlumatın nə dərəcədə həqiqətə uyğun olub-olmaması haqda sual verib. Suala cavab vermək və ya cavab verməkdən imtina etmək əvəzinə Ərzuman Əliyev daşıdığı general-mayor rütbəsinə yaraşmayan və heç bir etik normaya sığışmayan təhqiramiz ifadələrlə jurnalisti ağır formada təhqir etmişdir.
Bununla bağlı Sizə müraciət edərək xahiş edirəm ki, polis general-mayoru Ərzuman Əliyevin əməlinə qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi haqda göstəriş verəsiniz".
Baş redaktor bizimyol.info-ya açıqlamasında bildirib ki, Ərzuman Əliyevin etdiyi hərəkətə görə cəzalandırılmasına üçün lazımi addımlar atılacaq:
"Biz qanunla nəzərdə tutulan bütün vasitələrdən istifadə edəcəyik ki, bu fakra hüquqi qiymət verilməsinə nail olaq. Əgər nail ola bilməsək, bu, jurnalistlərə qarşı törədilən və cəzasız qalan daha bir cinayət əməli olacaq".
"Vəzifə səlahiyyətlərini yerinə yetirən jurnalistin təhqirə, aşağılayacı rəftara məruz qalması qətiyyət yolverilməzdir. Buna görə də "Bizim yol" qəzetinin əməkdaşı Əli Cahangiroğlunun üzləşdiyi durumdan dərin təəssüf hissi keçirirəm. Hesab edirəm ki, bu təəssüf hissini bütövlükdə media ictimaiyyəti qəzəbli və hiddətli şəkildə yaşamaqda tam haqlıdır".
Unika.org xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. "Biz hər zaman vəzifə sahiblərinin, dövlət məmurlarının, daşıdığı missiya ictimai əhəmiyyət kəsb edən hər kəsin media ilə davranışının korrekt olmasını yalnız etik baxımından əsaslandırmır, eyni zamanda demokratik cəmiyyət quruculuğunun vacib şərti kimi izah edirik. Əlbəttə, demək olmaz ki, jurnalistlər də öz işlərinin öhdəsindən tam peşəkarlıqla gəlirlər. Mövcud sahədə kifayət qədər problemlər var. Ancaq "Bizim yol" qəzeti əməkdaşının üzləşdiyi durum fərqli müstəvidə dəyərləndiriləcək, hansısa səbəb axtarılacaq məsələ deyil. Ortada jurnalistin ünvanladığı konkret sual və qarşı tərəfin heç bir əndazəyə sığmayan yaraşmaz reaksiyası var. Yüksək dövlət vəzifələri daşımış şəxsin işlətdiyi nalayiq söz bütövlükdə cəmiyyət üçün sarsıntıdır. Düşünürəm ki, Ərzuman Əliyev də məsələnin fərqində olmalı, nəticə çıxarmalıdır".
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən jurnalist Əli Vəliyev onu təhqir edən polis general-mayoru Ərziman Əliyevi məhkəməyə verəcəyini bildirib: "Mən 10 illik televiziya həyatımda belə şey görməmişdim.Cəmiyyətin ən üst səviyyədə olan insanlarından açıqlamalar almışam, verilişlərə dəvət etmişəm. Öz adımı hər zaman təmiz saxlamışam, qorumuşam. Bu məlumat KİV-də gedib və bu şəxsin adı çəkilib.Ona görə də mən də zəng etmişəm ki, bu həqiqətən sizin qardaşınızdır? Çünki ölkədə bu adda soyadda adam çoxdur. Bu general kimi yüksək adı daşıyan şəxs isə mənə bir başa söyüş, təhqir etdi və hətta tərkarladı. Səs yazısının tamamı odur nə əvvəli var nə axırı ondan sora heç bir zəng olunmayıb üzr də istəməyib. İstəsə də qəbul etməyəcəm.Belə bir şey yoxdur bu ölkədə kimisə ağır formada təhqir et sonra üzr istə olsun bitsin.Bu adam deyə bilərdi ki bəli xeyr və ya bu barədə danışmaq istəmirəm. Mənə nə qədər insanlar zəng edirlər dəstək olduqlarını bildirirlər .Bu barədə bütün hüquqi addımlar atılacaq. Məhkəməyə müraciət edəcəyik ki, bununla bağlı tədbir görülsün.Vəkilimlə də danışmışam. Müvafiq sənədlər hazırlanır".
Qeyd edək ki, Əli Vəliyev(Əli Cahangiroğlu) əvvəllər "ATV" kanalında çalışmış, "Səni axtarıram" verilişinin içraçı prodüseri, xəbərlərin və "Baku 2015" Avropa oyunları layihəsinin icraçı prodüseri vəzifələrini tutmuş, daha sonra "Xəzər" TV də "Səni axtarıram" proqramında fəaliyyətini davam etdirmişdir və hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəridir.
Famil Fərhadoğlu
Oxşar xəbərlər
Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?
Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?
"İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul Читать далее
Təxribat xarakterli çağırışlarla bağlı cinayət işi açıldı - Prokurorluqdan KİV və şəbəkə istifadəçilərinə xəbərdarlıq + DETALLAR
Təxribat xarakterli çağırışlarla bağlı cinayət işi açıldı - Prokurorluqdan KİV və şəbəkə istifadəçilərinə xəbərdarlıq + DETALLAR
2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Читать далее
"Mən nə qəzet oxuyuram, nə də sayt" - Qubanın icra başçısından ilginc açıqlama
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev"Quba Palace Hotel”də baş verən kanat qəzasına qəribə reaksiya verib. Читать далее
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət