Kürdəmirin inkişaf yolu

  • 22-07-2019, 12:10
  • bolge
  • 147
Kürdəmirin inkişaf yolu
Cənab Prezidentin Kürdəmirə son səfərindən sonra rayonda görülən işlər daha inamlı daha da konstruktiv görülür. Rəhbər xüsusilə Kürdəmir Olimpiya İdman Kompleksinin təməlqoyması ilə yadda qalıb.

Kurdəmirdə iqtisadi istehsal artib. Bununla yanaşı əhalinin yaşayış səviyyəsi dahada yaxşılaşdırılıb. Kürdəmir rayonunun icra başçısı cənab Ceyhun Cəfərov rayonun yol infrastrukturuna xüsusi diqqət yetirir. Şəhid və əlil ailələrinə yardim ise prioritet məsələlərdeəndir. Rayon hər gün daha da gözəlləşir, ugurlar artır.

2019-cu il İyulun 15-də rayonun Dayıkazımlı kəndində Şəhid Mahmudov Sübhi Əhmədağa oğlunun anım mərasimi keçirilib. Mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Kürdəmir rayon bölməsinin sədri Fərəc Dadaşov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşları, Şəhidin döyüş yoldaşları və kənd sakinləri iştirak ediblər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, ilin birinci yarısında istehsal olunan 9 min 447 ton tərəvəz məhsullarının 1345 tonu və ya 14,2 faizi istixanaların payına düşür. Rayonda tərəvəz məhsullarının istehsalında istixana təsərrüfatlarının payı ildən-ilə artır.
İyulun 12-də Pirili kəndində növbəti səyyar qəbul-görüşü keçirilib.

Pirili kənd sakinləri ilə görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Qəbul-görüşü giriş nitqi ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə, o cümlədən rayonumuzda kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, baramaçılıq yüksək sürətlə inkişaf edir. Rayonumuzda müasir standartlara cavab verən xalça fabrikinin tikintisi başa çatdırılıb, Asan Xidmət Kompleksinin binasının tikintisi bitmək üzrədir, rayonumuzda məskunlaşmış məcburi köçkünlər üçün 563 mənzilli bütün sosial obyektləri olan şəhərcik salınır. Ceyhun Cəfərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının yenidən qurulması ilə əlaqədar qarşıya qoyduğu vəzifələr

Kürdəmir rayonunda da uğurla icra olunur. Hazırda Kürdəmir rayonunda Şilyan-Qarasu, Pirili-Muradxan-Sor-Sor, Karrar–Bağman–Böyük Kəngərli və Dəyirmanlı-Yenikənd kəndlərinin avtomobil yollarında tikinti işləri aparılır. Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş elektrik dirəkləri və naqillərinin dəyişdirilməsini, qaz təchizatı, Pirili kənd tam orta məktəbinin əsaslı təmir olunmasını,kənddaxili yolların təmir olunmasını, suvarma su təchizatı, kənd təsərrüfatı və torpaq məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi. Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər. Kənd sakinləri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Kürdəmir rayonun 3 yaşayış məntəqəsini birləşdirən Pirili-Muradxan-Sor Sor avtomobil yolunun tikintisinə görə ölkər rəhbərinə minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı təqdim olunub

İyulun 9-da rayon icra hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Şükürov Əşrəf Xancan oğluna, əmək qəhramanı Osmanova Sevil İdris qızına və Kürdəmir Meloservis idarəsinin rəisi Məmmədov Talıb Sırac oğluna “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” təqdim olunub.

Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qeyd edib ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Ceyhun Cəfərov bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə onları təbrik etdi, onlara can sağlığı, çətin və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzuladı. Sonda Əşrəf Şükürov, Talıb Məmmədov və Sevil Osmanova öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon icra cənab Ceyhun Cəfərova öz dərin minnətdarlıqlarını bildiriblər.

Kürdəmirin inkişaf yolu

Baş redaktyor:
Qəşəm Sultanov
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət