İnkişaf, tərəqqi və dövlət siyasəti

  • 1-07-2019, 13:00
  • bolge
  • 90
İnkişaf, tərəqqi və dövlət siyasəti
İsmayıllı rayonunda yenidənqurma işləri ənənəvi hal alıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov İsmayıllı rayonunda aparılan işlərin intensiv şəkil almasına şəxsən nəzarət edir.

Bu gün İsmayıllı rayonunda sürətli canlanma özünü biruzə verir. Rayonda müasirlik, yeniləşmə mövcuddur. İqtisadi göstərici rayon əhalisinin sosial rifah halının yaxşılaşması üçün başlıca zəmin yaradıb. Və eləcə də, yenidənqurma işlərinin əsaslı şəkildə təşkili burada özünü açıq – aydın göstərir.
İsmayıllı dinamik inkişaf yüksək göstəricilərlə xarakterizə olunur. Burada ictimai – siyasi sabitlik hökm sürür. Rayonda sosial – iqtisadi inkişaf günün reallığı kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Prezidentinin "Regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramı " bütün bölgələrdə olduğu kimi İsmayıllıda uğurla həyata keçirilir. Cənab Mirdamət Sadıqov bilavasitə xüsusi diqqəti və qayğısı altında bu bölgədə Dövlət Proqramına böyük önəm verilir. İsmayıllıda Dövlət Proqramından irəli gələn məsələlərin həlli əhalini də düşündürür. Çünki həyata keçirilən işlər və sonrakı illər üçün nəzərdə tutulan məsələlər onların iqtisadi sahədə uğur əldə etmələrində başlıca rol oynayır.

İsmayıllı rayonunda yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirilmiş, bu məqsədlə müvafiq dövlət və özəl qurumların imkanlarından maksimum istifadə edilmişdir.
Sahibkarlığın inkişafına rayonda xüsusi diqqət yetirilir. Dövlət Proqramından irəli gələn mühüm müddəalar bu ardıcıllığa təkan verir.

İnkişaf, tərəqqi və dövlət siyasəti

Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə səfəri burada da günün reallığına çevrilən mühüm amillərin daha da geniş vüsət almasına zəmin yaratmışdır. Hörmətli prezidentimiz cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar İsmayıllı rayonunda layiqli şəkildə həyata keçirilir. Bu da bugünkü vacib məsələlərin həlli yolunda iş adamlarına yardımçı olur.

İsmayıllı rayonu davamlı inkişaf və tərəqqi yolunda bu gün də bütün kəndlərdə quruculuq işi əsil inkişafdan xəbər verir. Bunu İsmayıllı rayonunda açıq –aydın görmək mümkündür. Bu gün rayonda müasir ab–hava duyulur. Rayonun daxili potensialı mühüm işlərinə rəvac verir. Ölkə başçımızın imzaladığı Dövlət Proqramından irəli gələn mühüm və vacib müddəalar bu rayon üçün də xarakterikdir və bunun rayonun əsaslı inkişafında rolu böyükdür. Rayonda sosial həyatın gündəlik qayğıları buradakı əhalinin gələcək yaşam tərzinin dinamikliyini özündə əks etdirir və məhz bu səbəbdəndir ki, rayon sakinlərinin qələbəyə inamı, sabaha ümidləri rayon başçısının rəhbərliyi altında rəğbət və hörmətlə qarşılanılır.

İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov rayona rəhbərliyə başladığı gündən tikinti, abadlıq və quruculuq işlərinə böyük önəm vermiş, əhalinin sosial problemlərinin həlli istiqamətində əməli addımlar atmışdır. Onun gördüyü işlər rayon əhalisi tərəfindən razılıqla qarşılanır. Rayonda aparılan quruculuq işləri günün həqiqətlərinə söykənir və əhalinin məşğulluğunun artırılması üçün böyük zəmin yaradır. Bu gün İsmayıllı rayonunu qurub – yaratmaq həvəsi çoxalıb. Rayonda aparılan geniş və əhatəli quruculuq işləri sakinlərin gündəlik həyat qayğılarının aradan qaldırılması istiqamətində bir başlanğıcdır.

Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov rayonda genişmiqyaslı tədbirlərin həyata keçirilməsi üçün əlindən gələni edir. İcra başçısının sakinlərə diqqət və qayğısı onların gündəlik həyat şəraitinin yaxşılaşması üçün böyük əhəmiyyət kəsb edir.

Biz bir yazar olaraq rayon rəhbərliyinin gördüyü işləri yüksək dəyərləndirir, İsmayıllı rayonunun daha da gözəlləşməsi üçün əlindən gələni əsirgəməyən İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqov başda olmaqla bütün İsmayıllı əhalisinə cansağlığı, uzun ömür arzulayır, Müstəqil Dövlətimizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi bütün işlərində uğurlar diləyirik.

Baş redaktor:
Fuad Əliyev


Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət