Yardımlıda yeni idman kompleksi istifadəyə veriləcək

  • 7-06-2019, 14:17
  • bolge
  • 97
Yardımlıda yeni idman kompleksi istifadəyə veriləcək
Yardımlıda idman kompleksi tikilir.

Oxu.Az-ın məlumatına görə, bu, ölkəmizdə inşa edilən sayca 47-ci idman kompleksidir.

Şəhərin Heydər Əliyev prospektində inşa edilən yeni idman obyektinin tikintisinə ötən ilin oktyabrında başlanılıb. Kompleksin ümumi sahəsi 5400 kv/m təşkil edir.

Burada gənclərin idmanın müxtəlif növləri üzrə məşğul ola bilmələri üçün hər cür şərait yaradılacaq. 1370 kv/m ərazi isə universal idman zalı kimi fəaliyyət göstərəcək. Burada müxtəlif idman oyunları və yarışılar keçiriləcək. Yarışları 800 yerlik tribunadan izləmək mümkün olacaq.

Hazırda tikinti işlərinin 50-55 faiz görülüb. Obyektin bu ilin sonunadək başa çatdırılıb, yeniyetmə və gənclərin ixtiyarına verilməsi nəzərdə tutulub.

İdman kompleksinin tikintisi rayon sakinlərininin ürəyincədir. Burada asudə vaxtın düzgün təşkil olunması yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq durmağa təşfiq edəcək.
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət