Zelenski müsəlmanlardan üzr istədi

  • 01.05.2019, 10:02,
  • Dünya
  • Baxılıb: 208
Zelenski müsəlmanlardan üzr istədi



Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski "ÇistoNews” proqramında Çeçenistan rəhbəri Ramzan Kadırovun dua edərkən agladığı məqamları əks etdirən kadrlardan istifadə edildiyi üçün üzr istəyib.


O bir zamanlar özünün də üzv olduğu redaksiyada sözügedən verilişin hazırlanmasından xəbərsiz olduğunu söyləyib:

"Məsələ Kadırovda deyil. Sadəcə din agrılı mövzudur. Bu məni narahat etdi. Başqalarının dini maraqlarına toxunub, onları qıcıqlandırmaq düzgün deyil. Mən bizim uşaqların etdiklərinə görə, müsəlman aləmindən üzr istəyirəm”.
Mədəniyyət