Respublika Uşaq Stomatoloji Mərkəzi Terapiya şöbəsinin müdiri, həkim-stomatoloq Səadət Xıdırovaya ünvanlanan təşəkkür məktubları

Respublika Uşaq Stomatoloji Mərkəzi Terapiya şöbəsinin müdiri, həkim-stomatoloq Səadət Xıdırovaya ünvanlanan təşəkkür məktubları

Diş ağrısı və dişlərlə, ağız boşluğu, çənə ilə bağlı problemlərin həlli ilə həkim – stomatoloqlar məşğul olur. Haqqında söz açdığımız hörmətli şəxsiyyət Dr. Səadət Xıdırova ixtisasca həkim – stomatoloqdur və onun təqdirəlayiq xidmətləri qarşısında xalq arasında bu həkim –Qızıl Əllər adı qazanmışdır. Çünki, ona müraciət edən xəstələr deyir: - Hələ Səadət həkim müalicəyə başlamamış insan sanki ağrılarını unudur. Redaksiyamıza daxi olan məktubların birində Səadət həkim haqqında yazılmış xoş sözlər diqqətimi çəkdi. Məktubda onun xəstələrə göstərdiyi qayğıdan, mədəni davranışından, insanpərvərliyi və peşəkarlığından söhbət açılırdı.

Dr.Səadət Xıdırova ilk növbədə zəngin mənəviyyatlı bir insandır. Həkim üçün bu xüsusiyyət bəlkə də aldığı elmlərdən də ümdə bir məsələdir. Bəli, həkimin müsbət nəticələr əldə edərək, ləyaqətlə tanınmasında onun yüksək mənəvi dəyərlərə mənsub olmasının rolu əvəzsizdir. Mən də öz övladımı Səaədət həkimin qəbuluna aparanda uşağın dişləri çox eybəcər idi və onun xarici görkəminə sözsüz ki, xələl gətirirdi. Həkim müayinə edərək : Narahat olmayın. Bir qədər səbir sizdən, gözəl inci tək saf, sağlam dişlər məndən deyərək fəaliyyətə başladı. Hansı prosedurların həyata keçirildiyi ilə bağlı məlumatları bu yazıya qeyd etməklə oxucunu yormaq niyyətində deyiləm. Lakin onu deməyi özümə borc bilirəm ki, nəticə ailəmizin ürəyincə oldu. Səadət həkimin peşəkar stomatoloq olduğu onun qəbulunda daima pasiyent axını olduğu ilə təsdiqlənir və ona müraciət edənlərin sayı daima artmaq üzrədir. Onun əlində olan şəfa, insanlara qarşı hörmət və qayğısı həkimin ilk növbədə əsil bir insan olmasının bariz nümunəsidir. Yaşından və tutduğu məqamlardan asılı olmayaraq, Səadət həkimin qəbulunda olan şəxs kabinədən çıxarkən: -Sağ ol həkim, var olsun şəfalı əllərin deyərək, minnətdar olduğunu bildirir. Sözün əsl mənasında hippokrat andına sadiq həkim Səadət Xıdırovaya bütün ziyalı təbəqə, Media nümayəndələri və xalqımız adından dərin minnətdarlığımı bildirərək, həyatda ailəsi - əzizləri ilə bərabər səadət dolu ömür yolu, fəaliyyətində daima uğurlar diləyirik Uca Tanrıdan. Əziz pasiyentlər!

Zamanında keçilmiş müayinə və düzgün həkim diaqnozu sizi gələcəkdə narahat edən hər hansı bir diş ağrısından, ağız boşluğunuzdakı fəsadlardan tam xilas edəcəkdir. Vaxt itirmədən Səadət doktorun qəbuluna yazıla bilərsiniz
Mədəniyyət